Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


19.09.2025  14:03 

Ölkəni kimlərsə xaosa aparır... - Aslan İsmayılovdan sensasion yazı





A+  A-

Son illərdə ölkə daxilində sahibkarların, vətəndaşların və ictimaiyyətin gündəlik həyatına təsir edən müxtəlif problemlər barədə müzakirələr daha da güclənib. Vergi yükündən tutmuş məhkəmə sistemindəki çətinliklərə, sahibkarlığın inkişafına mane olan prosedurlardan ictimai narazılığa qədər geniş spektrdə məsələlər gündəmə gətirilir. Tanınmış vəkil Aslan İsmayılov da son vaxtlar ölkədə baş verən bu də digər hadisələrlə bağlı böyük bir yazı paylaşıb.

XəzərNews.az həmin yazını olduğu kimi təqdim edir:

- Ölkədə qanunsuzluğun, haqsızlığın, rüşvətxorluğun bütün hədləri aşdığını sizin kimi mən də görürəm. Ölkə Prezidenti İlham Əliyevin ölkəmiz ətrafında cərəyan edən çox mürəkkəb və təhlükəli problemlərin həlli ilə məşğul olduğu vaxt, ölkə daxili məsələlərə cavabdeh olanlar xalqı tam yaddan çıxarıb, sərvət toplamaqla məşğuldurlar və bu yolda da heç bir əndazə tanımırlar. Bu isə həm Dövlətə, həm də Vətənə xəyanətdir və yaxın vaxtlarda ağır fəsadlarını hamı görəcək. Bu gün ölkə daxilində baş verənləri bir sözlə ifadə etsəm, bunun adı “dərəbəylikdir”.

Belə deyilsə, fədakar sahibkar Nigar Köçərlinin paylaşdığı kitaba görə Səhiyyə Nazirliyinin “sertifikat” adı altında qurduğu korrupsiya mexanimzini necə anlayaq?! Eyni hal xaricdən gətirilən karton qutulara insan orqanizmi üçün ziyansız olması barədə cürbəcür sənədlərin tələb edilməsində müşahidə olunur. Zibil qabları üçün də gigiyenik sertifikat tələb olunur. Sanki həmin qutuları, zibil qablarını insanların yeməsi üçün gətiriblər. Eyni zamanda insan orqanizmi üçün zəhərli olan qida məhsulları rüşvət müqabilində asanlıqla ölkəyə daxil olur.

Belə hallar yüzlərlədir, hansı ki, sahibkarın fəaliyyətini mümkünsüz edir. Əvəzində yenə formalaşan oliqarx qruplar bütün sahələrdə monopolistlərə çevrilirlər. İnanın ki, bu ölkəni aclığa aparan yoldur. Belə bir vəziyyətdə vergi yükünün artacağı xəbəri də yayıldı. Bu günkü işsizlik, bahalaşma, aclıq dövründə fiziki şəxslərdən gəlir vergisinin 30%-ə qədər artırılması necə başa düşək?



Məhkəmə və hüquq mühafizə orqanlarında isə baş verən haqsızlıqlardan, qanunsuzluqlardan, rüşvətxorluqdan insanların fəryadı ərşə qalxır. Bu hadisələri saymaqla bitməz. Yaxın günlərdə özümün şahidi olduğum, hələ də belə bir biabırçılıqların baş verməsinə inana bilmədiyim konkret cinayət işlərini diqqətinizə çatdıracam. Qanun, ədalət cəhənnəmə, bunlar Allaha da meydan oxuyurlar. İnsanların fəryadlarını, artıq həyata nifrət etdiklərini görmək üçün metroda, avtobusda olan insanların sifətlərinə baxın. Həmin gözlərdə kin, küdurət, nifrət görəcəksiniz. Bu isə istənilən vaxt ölkədə xaos olacağından xəbər verir.

Bir az məntiqi, ağlı olanlar son bir neçə aydakı yazılarımda hakimiyyət təmsilçilərinə cürbəcür adlarla etdiyim müraciətlərdə ölkədə vəziyyətin günü-gündən ağırlaşdığını, bəzən konkret faktlarla dediyimi görməmiş olmazlar. Mən hələ biabırçılıqların mində birini demirəm, çünki vəziyyəti yaxşı anlayıram. Hamı məndən konkret adlar tələb edir. Birincisi, onlar o qədər çoxdur ki, saymaqla qurtarmaz. Bu artıq ənənədir. Ölkədə atılan demək olar ki, hər addım onsuz da vəziyyəti ağır olan vətəndaşın yaşam tərzini ağırlaşdırır. İkincisi, bu günə hələ konkret adlar çəkməsəm də, bəzi orqanlar bütün imkanları ilə haqqımda kompromat toplamağa girişiblər. Hələ ki kimisə üzümə qoya bilmirlər. Vaxt gələcək o insanlar özləri danışacaqlar. İnanın ki, artıq təbil çalmaq vaxtıdır. Az sonra gec olacaq. Həyatımı bu Dövlətə həsr etmişəm və bundan sonra nələr baş versə də susmaq fikrim yoxdur.

P.S. Ən dəhşətlisi odur ki, görüşdüyüm bəzi yüksək vəzifə sahibləri də bunu görürlər və qorxularından susurlar. Bəziləri isə mənə “sən şir ürəyi yeyibsən” də deyirlər. Bu isə çox qorxulu tendensiyadır.

Xəbər 898 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +