Ryazan-Moskva neft kəmərində partlayış olub
AFFA hansı klubları cərimələdi?
AYNA əvvəlcə öz “aynasına“ baxmalıdır - Deputat
Muğam Müsabiqəsində yerimi pulla satdılar - İddia
Hollivud aktyoru Rusiyada biznes açır
Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi
Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi


27.08.2025  10:00 

İRAN AZƏRBAYCANA TƏRƏF DÖNÜR: NƏ BAŞ VERİR?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezisini təqdim edirik:

- Ümumilikdə İranın Azərbaycan istiqamətində siyasəti dövlət siyasətinin əsas tərkib hissələrindən olub. Dünya dövlətlərinin əksəriyyəti İranı tanımaqdan ötrü onun Azərbaycanla münasibətlərini tədqiq ediblər. Məhz səhv təsəvvür əsasında Qərb ekspertləri “Şiə Hilalı”, “Şiə oxu” kimi nəzəriyyələr dövriyyəyə buraxdılar.

Azərbaycan Respublikasına, xalqına münasibətini öyrəndikdən sonra əksinə İranı zəiflətmək, parçalamaq istiqamətində daha böyük entuziazmla fəaliyyət göstərdilər. İraqda İŞİD-ə qarşı mübarizə aparan İran əvəzində İraqla borc müqaviləsi bağladı və etdiklərindən 3-4 dəfə artıq İraqın önünə maliyyə hesabı qoydu. Bənzər fikirləri Suriyaya da etdiyi köməyə də aid etmək olar. Təxminən 5 milyona yaxın Əfqanıstan qaçqınları İran ərazisinə toplaşdı. Böyük əksəriyyəti də xəzərilər - şiələr idi. İran onlara da zülm etməklə məşğul oldu. Bu Əfqanıstan hökumətinin diqqətindədir. Ola bilər Əfqanıstan hökuməti rəsmi Tehranın əfqan qaçqınlarına qarşı etdiyi zülmün əvəzini qaytarsın.
İran mütləq qlobal miqyasda da siyasətini dəyişməlidir. Əlbəttə, Allaha doğru qayıtmaqla yanaşı, digər addımları da atmalıdır. Azərbaycan istiqamətində siyasətində köklü dəyişiklik olmalıdır. İranda anti-Azərbaycan fəaliyyət üzrə Şnobel mükafatçılar hədsiz çoxdur. İran elitası və həmin adamlar o qədər geridə qalmış, intellektsiz, savadsız adamlar olduğu üçün Şnobel mükafatını almaq üçün nə etmək lazımdır bilmirlər. İranda “Nobel mükafatı”na layiq adamlar var. B.Heşmətinin qatı ermənini farsa çevirməsi sadəcə molekulyar biologiya sahəsində “Nobel mükafatı”na layiqdir. Onun atası və anası azərbaycanlıdır, Azərbaycanda doğulub, amma öz millətinə qarşı onun qədər nifrət edən qlobal miqyaslı adamlar çox az ola bilər. B.Heşməti tək də deyil, digərlərinin də adını çəkmək olar.

Əgər bu gün M.Pezeşkianın komandası regionların iqtisadi muxtariyyətini gücləndirmək kursunun praktiki reallaşma mərhələsinə başlayıbsa, bu bizim tərəfimizdən yalnız müsbət qarşılanmalıdır. Mövqeyim müsbətdir, əminəm ki, tək öz mövqeyim olaraq qalmayacaq. Yuxarıda qeyd etdiklərimi də şərt kimi irəli sürmürəm. Sadəcə onlar hər zaman ortaya çıxıb, vəziyyəti gərginləşdirə bilərlər.



Siz təsəvvür edin, Azərbaycan Prezidenti İran mütəxəssislərini işğaldan azad olunmuş ərazilərdə işləməyə buraxan anda İranın ali rəhbərinin Qarabağla bağlı açıqlaması bir daha İran tərəfindən təkrarlandı və yaratdığı effekt də göz qabağındadır. İşğal olunmuş ərazilərdə bir dənə də olsun İran şirkəti yoxdur. Amma əvvəllər müzakirə gedirdi. Digər belə misallar da gətirmək olar.

Ərdəbildə Biləsuvarda Azərbaycanla sərhəddə Azad İqtisadi Zona yaradıldı. Bu çox müsbətdir. Azərbaycan üçün 2-3 dəfə faydalı ola bilər. Sabah Ərdəbildən də kimsə çıxıb deyə bilər ki, 2025-ci ildə Azərbaycan müstəqildir, 2040-cı ilə qədər Azərbaycan İranın tərkibində olacaq. Hələ 2040-cı il yox, heç 15 aydan sonra İran adlı dövlət mövcud olacaq, olmayacaq, Allah bilir.

İranın nahaq hərəkətləri çoxdur. “İsraillə əlavə üç gün müharibə etsəydik, İsraili məhv edəcəkdik” bildirən İran İsrailin 12 günlük müharibəsinin son üç günündə niyə İrandan uçan raketləri tuta bilmədiyinin səbəbini dilinə də gətirmir. ABŞ İsraillə birlikdə İrana qarşı müharibəyə başlayanda nəzərdə tutmuşdu ki, ərəb dövlətlərində də olan müdafiə raketlərindən istifadə edəcək, ərəblər isə vermədi. Ona görə də İsrail böyük dağıntıya məruz qaldı. İran da pis gündə idi. Davam etdirə bilmədi. İran özü sülh axtarırdı.

İran istənilən vəziyyətdə proqnozlaşdırılmayan və ancaq hərəkətlərini müharibə istiqamətində proqnozlaşdırılması mümkün olduğu bəlkə də dünyada yeganə dövlətdir. Tək İranın Ərdəbildə Azad İqtisadi Zonada deyil, Şərqi Azərbaycanda, Qərbi Azərbaycan, Həmədanda və Gilan vilayətində də biz iqtisadi əməkdaşlıq edə bilərik.

İranın qlobal iqtisadi problemlərinin həllində böyük rolumuz ola bilər. Bu gün Rumıniya bizdən 9 milyard m3 sıxılmış qaz istəyir, yoxumuzdur. Avropa bu gün bizdən əlavə 10-12 milyard m3 qaz istəyir, çatdıra bilmirik. İran öz qazı ilə Azərbaycanın daxilində istehlak olunan qazla əvəz edə bilər. Əvəzində biz daxilimizdə olan qazı Avropaya satarıq. Əsas həcm yaratmaq idi, həcm də bu qaydada yaranır. İran 9 milyard m3 sıxılmış qazın hamısını Azərbaycana verib, Azərbaycan vasitəsilə Rumıniyaya, yəni Aİ-yə göndərmək olar. İran titan zavodu tikib. ABŞ titandan ötrü Rusiya və Çinə möhtacdır. Bu günə qədər İran o istiqamətdə heç bir iş görə bilməyib, görə də bilməyəcək. İran titanını Avropa, ABŞ-a nəql etməkdən ötrü Azərbaycana müraciət etsin.

M.Pezeşkianın regionların iqtisadi muxtariyyəti konsepsiyasının reallaşması həm də İranın o taydakı azərbaycanlılara qarşı siyasi mövqeyinin də dəyişməsi anlamındadır. Sabah Azərbaycanda hansısa amerikalı, ingilis, fransız, italiyalı və s. İranın ərazisinə gələcək, hicabı düzgün bağlamamısan, tutub həbs edə bilər.

İran Azərbaycanla münasibətinin normal olduğu, Qasım Süleymaninin qatili olan D.Trampla qonşuluq etməməsi üçün mütləq Araz koridorunu 101 illiyinə Azərbaycana icarəyə verməlidir.



Xəbər 437 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +