Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


03.10.2025  12:20 

Paşinyan Azərbaycanla kommunikasiyadan danışdı





A+  A-

Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh və yaxın gələcəkdə regional nəqliyyat əlaqələrinin blokadasının aradan qaldırılması ölkənin mədənçıxarma sektorunda yeni imkanlar açacaq.

XəzərNews.az xəbər verir ki, bu sözləri oktyabrın 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda keçirilən “Mining Ermənistan Forumu 2025” zamanı bəyan edib.

Paşinyan çıxışında mis sənayesinin strateji əhəmiyyətini vurğulayıb:

“Mis filizi ixracı ölkəmiz və iqtisadiyyatımız üçün böyük önəm daşıyır. Lakin biz Ermənistanda səmərəli mis əritmə zavodunun yaradılması istiqamətində hansı addımları ata biləcəyimizi düşünməliyik. Bu isə prosesin sonu deyil – biz zənciri daha da genişləndirərək mis məmulatlarının və bu metalın tətbiq olunduğu məhsulların istehsalını ölkə daxilində təşkil etməliyik”.

Baş nazir eyni yanaşmanın qızıl hasilatına da aid olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə mövcud mineral ehtiyatlarının öyrənilməsi məsələsi aktuallığını qoruyur:

“Bizim əlimizdə olan biliklər əsasən sovet dövründə aparılmış tədqiqatlara söykənir. O dövrdə böyük iş görülüb və bu, təqdirəlayiqdir. Amma bu gün geoloji kəşfiyyat texnologiyaları dəyişib, daha effektiv üsullar mövcuddur. Ermənistanda geoloji kəşfiyyatın yeni mərhələsini başlatmaq zəruridir”.

Paşinyan həmçinin nadir torpaq metalları sahəsində artan qlobal marağa diqqət çəkib:

“Bu metalların texnoloji istehsalda istifadəsinə olan tələbat göstərir ki, sahədə böyük investisiya potensialı var. İlkin qiymətləndirmələr də göstərir ki, Ermənistanda bu istiqamətdə görülməli çox iş mövcuddur”.

Xəbər 426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +