Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO
İranda terror qruplaşması:7 nəfər öldü
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?
Ukrayna torpaqlarını hədiyyə etmiyəcəyik -Zelenski
Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq


23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi





A+  A-

Üç-dörd gün İran mətbuatında, SEPAH-ın Teleqram kanallarında Azərbaycanın əleyhinə heç nə yazılmırdı. Səbəb artıq “Tramp koridoru” ilə bağlı Azərbaycanın iştiraksız olduğunun bəllənməsi idi. Ermənistan öz hüquqi ərazisini 99 illik ABŞ-a icarəyə verir və Azərbaycan hətta əvvəlcədən bu mövzuya “yox” münasibətini bildirib. Bütün hallarda İran siyasi elitası anti-Azərbaycan bir şey tapa bilmir.

SEPAH Ermənistanla, Ermənistanın razılıq verdiyi “Tramp koridoru” arasında özü üçün müəyyən münasibətlər sistemi qurmalıdır. Çünki SEPAH-çılar və İranın digər səlahiyyətli şəxsləri Ermənistandan ABŞ-a səfər və digər xüsusi məqsədlər üçün istifadə ediblər. SEPAH-ın Teleqram kanalının Ermənistanın İrandan maye qaz almaqla bağlı yazısında majorluq hiss olunur.

Əvvəla demək lazımdır:

1. SEPAH-da ictimaiyyətlə əlaqələr üzrə normal mütəxəssisinin olmamasının etirafıdır.

2. SEPAH kontingentini küt bilir.

3. Erməni lobbiçiliyi yox, bəlkə də anti-Azərbaycan nifrəti davam etdirmək üçün variant axtarışıdır.

Mövzunu izah edək:

I. Ermənistanın ümumilikdə qaz istehlakı 2 milyard m3-dir. Bunun 1,2m3-ri Rusiyadan ucuz qiymətə - hər 1000m3ri 160 dollara alınır. Dünya bazarında qazın qiyməti hər 1000m3 üçün 400 dollardır. Ermənistanla İran arasında qaz nəqli mövzusu iki dəfə qalxıb və hər ikisində də Rusiyanın qazı Ermənistana çox güzəştli verməsi maneçilik törədib. İran geri çəkilib.

II. Qaz mövzusu siyasidir. Ermənistanın bütün energetikası Rusiyaya məhz həmin o satdığı qazla əlaqəlidir. Qərbə və ya İrana doğru Ermənistan kəskin dönüş etməsi mümkün deyil.

III. İrandan Ermənistana qaz gəlir. O zaman da qazın miqdarını artıra bilərdilər. Sadəcə Ermənistan ildə 300-400 milyon m3 qazı alıb, elektrik enerjisinə çevirib, geri qaytarır.

Bu sxem də Ermənistanın nəfinədir. Əslində Ermənistandan İrana gələn kəmərin buraxılış imkanı məhdud olsa da 300-400 milyon m3 deyil, təxminən 1,5-2 milyard m3-dir. Demək hələ İran-Ermənistan kəmərindən Ermənistana qaz nəqlini artırmaq mümkündür. Sadəcə SEPAH-ın yazdığı Ermənistanın iqtisadiyyat naziri G.Papoyanın dediyi üzərində qurulmuş fikirdir. Ermənistanda maye qazın bahalaşmasının səbəbi Gürcüstan loqistika şərtlərini dəyişməsidir. Gürcüstan loqistika maneəsini götürən kimi, Ermənistanda maye qazın qiyməti əvvəlki kimi olacaq.

IV. “Tramp koridoru”ndan sonra erməni siyasi rəhbərliyinin qarşısında ən əsas məqsəd İranı aldatmaq idi, aldatdılar da... O fikir də İranda böyük sevinc yaratdı və nəticəsi də göz qabağındadır.

Ermənistanın İranı aldatmaq arqumentlərindən biri Culfadan Naxçıvana dəmir yolunun çəkilməsidir. Bu şans həmişə olub. İranın Zəngəzur koridoruna yanaşması anti-Azərbaycan siyasət olduğu üçün çəkməyib. Hətta son bir neçə ayda İranın Ermənistandakı səfiri M.Sübhaninin ER parlamentinin spikeri A.Simonyanla görüşdən sonra A.Simonyanın Telavidə (Gürcüstan) gürcü həmkarı ilə görüşüb, iki dəfə “Cənubiqafqazkoridoru” adı ilə müzakirə etdiyi mövzu da məhz həmin Culfadan Naxçıvana, oradan Yerevana, Gürcüstana gedən dəmir yolu idi. Gürcüstan buna razılıq vermədi. Əksinə, bu gün Gürcüstan ərazisində Ermənistanın logistikasına qoyulan maneələr də Gürcüstanın Ermənistanı anlamaması ucbatından gəlir.

İndi də Gürcüstan Culfadan Naxçıvana yəni İranın “Cənubiqafqazkoridoru” adlandırdığı marşruta Gürcüstan “hə” deyə bilməz. Gürcüstana izah verilməlidir. İrandan Gürcüstana Azərbaycan ərazisi vasitəsilə bütün kommunikasiya növləri fəaliyyətdə olduğu halda niyə görə İran məhz Ermənistan ərazisindən Gürcüstana gəlmək istəyir?! Bunun üçün həm də İranla Ermənistan, Gürcüstanla bütün kommunikasiyalar yenidən tikilməlidir.
SEPAH Azərbaycana qarşı nifrəti azaltması faydasınadır. Bütün problemlərinin həlli oradadır:

a) Araz koridorunu 100 illik Azərbaycana icarəyə versin.

b) Azərbaycanda yeni imkanlar yaranır. Rumıniya Azərbaycandan 9 milyard m3 sıxılmış qaz istəyir. Avropa Azərbaycandan əlavə qaz istəyirlər. Azərbaycan indi Avropaya Xəzər dənizində külək enerjisi və digər alternativ enerjilər göndərmək layihəsi üzərində iş aparır. İran bunlara qoşulmasının variantını axtarsın. Əhalisini elektriksiz, susuz qoyub, zülm etmək əvəzinə bu şeylər barədə düşünsə daha yaxşıdır.

Bütün bunlar İranın həqiqi məqsədinin ancaq şiəyə zülm olduğunu göstərir və birinci zülm aparatı da məhz SEPAH-ın güc strukturlarıdır. Belə deyilsə, Azərbaycan üzərindən Avropaya çıxmaq, sıxılmış və təbii qaz ehtiyatları üçün geniş imkanlar yarada bilirlər.

Ermənistanda indi də təbii qaza ehtiyac yaratmaq olar. Nairit və Ximprom zavodları işə düşərsə onları təbii qazla, yəni boru kəmərindən gedən qazla işləyirlər. İstehsal etdikləri məhsul da mütləq Azərbaycanın Sumqayıt şəhərinə gəlməlidir. İran buyursun sxem qursun, həm Nairit, həm də Ximprom işə düşsün, İran qazı işlənsin və Azərbaycanla da əlavə müqavilə imzalasın ki, Azərbaycan İran qazı ilə işləyən Nairit zavodunun aralıq məhsulunu qəbul etsin. İran bacarırsa, bunu etsin. Münasibətlər normallaşan kimi Azərbaycan bir çox şeyləri Ermənistana edəcək: qaz da verib, kimyəvi məhsullarını Sumqayıtda alacaq. Onda da Ermənistan rəhbərliyi indiki kimi İranı çox yaxşı aldadacaq.

ABŞ Ermənistanın boynuna şərt qoyub. Qasım Süleymaninin ölüm hökmünü verən və D.Trampın bu ölüm hökmündə iştirak edən SEPAH-çılar “Tramp koridoru” ilə qonşuluqda olmalıdır və Ermənistan da axıra qədər bu məqsədi yerinə yetirəcək.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq







Xəbər 515 dəfə oxunub.




24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +