Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


09.09.2025  15:58 

Xankəndidə “Range Rover” qalmaqalı





A+  A-

Xankəndi şəhərinin giriş postunun suyunu kəsən sahibkar həbs edilib.

XəzərNews.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Əsədov (ad və soyad şərtidir) 10-OL-016 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilində beş nəfər ailə üzvü ilə Şuşadan Xankəndi şəhərinə gedib.

Girişdəki postda yoxlanılarkən məlum olub ki, avtomobildəki iki nəfərin şəhərə giriş icazəsi yoxdur. Bu səbəbdən polis əməkdaşları onların Xankəndi şəhərinə girişinə icazə verməyiblər.

Bundan əsəbiləşən avtomobil sahibi Xankəndi şəhərinə gedərək, icarə əsasında işlətdiyi hotelin həyətindən polis postuna gələn su xəttini bağlayıb. Nəticədə Xankəndi şəhərinin girişindəki post 24 saat susuz qalıb.

Faktla bağlı protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə sahibkar dörd sutka müddətinə inzibati qaydada həbs edilib.



Xəbər 536 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +