Nazirin olduğu təyyarə problemlə üzləşdi
İranın cənubunda gəmi batıb
“Müəllimlərə jurnalı, şagirdlərə kitabları pulla satırlar“ - İDDİA
Anar Əlizadə Bakıya çağırıldı - Çıxışına “STOP“ qoyuldu
Azərbaycanda TIR sürücüsü özünü maşında asdı - Foto
Peskov: “Rusiya hazırda ölümcül müharibə aparır”
Putin və Rusiya ciddi iqtisadi böhran içindədir - Tramp
Şahin Şıxlinski barəsində qərar verildi
“Music Gallery” müştəriləri belə aldadır
Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub


24.09.2025  19:50 

Ağstafa:Məhkəmə qərarı var, icra isə yoxdur...





A+  A-

Ağstafa rayonunda illərlə davam edən qanunsuz tikinti qalmaqalı bir daha göstərdi ki, ölkədə məhkəmə qərarlarının icrası hələ də ciddi problem olaraq qalır. Şikayətçi Elşən Musayevin iddiası əsasında Ağstafa rayon Məhkəməsində növbəti proses keçirilib, lakin bütün qərarlara baxmayaraq, ərazidə tikinti işləri dayandırılmır.

E.Musayev XəzərNews.az-a bildirib ki, vəkili ilə birlikdə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə müraciət etsələr də, nəticə yalnız telefon vədlərindən ibarət olub, onları qəbul belə etməyiblər. İcra qurumları “tədbir görüləcək” desələr də, nəinki məhkəmə qərarını icra ediblər, hətta qanunsuz tikintinin qarşısını almaq üçün elementar addım da atmayıblar.

Musayevin sözlərinə görə, 17 iyul 2025-ci ildən bəri – artıq aylarla ərazidə söküntü-tikinti işləri fasiləsiz davam edir. Halbuki həmin müddətdə həm məhkəmə qərarları çıxarılıb, həm də icra qurumları formal olaraq məlumatlandırılıb.

“Mən dünən də, bu gün də şəxsən İcra və Probasiya Şöbəsinə müraciət etdim, ərizə və sənədlər təqdim etdim. Amma nəticə dəyişməyib – vəd var, tədbir yoxdur”, – deyə şikayətçi bildirir.

Göründüyü kimi, bu vəziyyət sadəcə bir mülki mübahisə deyil, icra qurumlarının acizliyini açıq şəkildə göstərir. Dövlət qurumları vətəndaşın mülkiyyət hüququnu qorumalı olduğu halda, faktiki olaraq laqeydlik nümayiş etdirir.

Qanuni torpaq, qanunsuz əl dəyişmə

Məsələnin köklərinə nəzər salanda mənzərə daha da qaranlıq görünür. Elşən Musayev 2004-cü ildə Bələdiyyədən alqı-satqı yolu ilə torpaq sahəsi əldə edib. 2007-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpağın plan ölçüsünü təsdiqləyib, 2008-ci ildə isə İcra Hakimiyyətinin sərəncamı ilə tikintiyə rəsmi icazə alıb.



E.Musayev ərazini hasarlayıb, dəmir qapı qoyub, su, kanalizasiya xətləri çəkib, içindəki köşk və başqa əmlaklarla birlikdə verib ailənin istifadəsinə ki, dolansınlar. Bundan isə onun bacısı Məlahət Musayeva istifadə edərək torpağı özəlləşdirib. Daha dəhşətlisi odur ki, şikayətçi növbəti ilin torpaq vergisini ödəyərkən qəflətən öyrənib ki, onun mülkiyyət hüququ ləğv olunub.

Onun iştirakı olmadan məhkəmə qurulub, qərarlar qəbul edilib. Bu isə hüququn açıq-aşkar tapdanmasıdır.

Məhkəmə qərarı var, icra yoxdur

2025-ci ilin fevralında hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə, Musayeva Məlahət Məmməd qızı ilə bağlı bağlanmış 2023-cü il tarixli daşınmaz əmlak alqı-satqı müqaviləsi etibarsız elan olunub.

Həmin müqavilə əsasında verilmiş, Musayevin torpağını bacısının adına keçirən Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarışı da ləğv edilib. Yəni, məhkəmə sənədləri açıq şəkildə vətəndaşın xeyrinə qərar verib.

Amma nəticə? Yenə də sıfır. Tikinti davam edir, icra orqanları isə susur.

Sual açıq qalır: Hüququ kim qoruyacaq?

Hadisə bir daha göstərir ki, Azərbaycanda məhkəmə qərarlarının icrası ən zəif həlqədir. Məhkəmələr illərlə davam edən proseslərin sonunda qərar çıxarır, amma bu qərarlar kağız üzərində qalır. Vətəndaş isə hüququnu bərpa etmək əvəzinə, yenidən dövlət orqanlarının qapısında süründürülür.



İcra orqanlarının fəaliyyətsizliyi fonunda yaranan sual sadədir: Əgər dövlətin məhkəməsi qərar qəbul edirsə, dövlətin icra orqanı da bu qərarı icra etməyə borcludur.

Qeyd edək ki, növbəti məhkəmə prosesi 2025-ci il oktyabrın 16-na təyin edilib.

Vətəndaş gözləyir, amma tikinti gözləmir.

İsmayıl
XəzərNews.az


Xəbər 853 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.09.2025  19:03 

İranın cənubunda gəmi batıb

24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +