Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb
Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN


02.07.2025  18:06 

Ölkəmizdə çoxlu sayda rusdilli mətkəblərin olması qəbuledilməzdir





A+  A-

İstiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov Teleqraf-ın suallarını cavablandırıb.

XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Vahid müəllim, Rusiya-Azərbaycan münasibətlərində artan gərginliyin kökündə nə dayanır? Öz ərazisində yaşayan azərbaycanlıları hədəf almaqla Kreml hansı mesajı verməyə çalışır?

- Rusiya-Azərbaycan münasibətlərinin hazırkı gərgin vəziyyətə düşməsində günahkar birbaşa Kreml özüdür. Çünki son vaxtlar Rusiyadan Azərbaycana qarşı dövlət səviyyəsində olan münasibət heç də birmənalı deyil. Ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Prezident İlham Əliyev tərəfindən bu məsələ ilə bağlı qətiyyətli mövqe ifadə olundu. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, Rusiya bu məsələ ilə bağlı açıqlama verməli, konpensasiya ödəməlidir. Amma bunun heç biri edilmədi. Sonradan da məlum oldu ki, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması əmri Rusiya Müdafiə nazirliyi tərəfindən verilib. İndiki halda Bakı-Moskva xəttində baş verən gərginliklər isə başqa amillərlə bağlıdır. Azərbaycan-Türkiyə və Ermənistan arasında müəyyən danışıqlar gedir. Bu xüsusda Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və orada apardığı müəyyən danışıqlar Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət irəliləyişlərin əldə olunması Rusiyanı ciddi şəkildə narahat edir. Ona görə də Kreml Cənubi Qafqazda məhz təzyiq və gücdən istifadə edərək müəyyən problemlər yaratmağa çalışır. Məqsədləri Azərbaycan-Türkiyə və Ermənistan münasibətlərini gərginləşdirməkdir. Azərbaycanla Türkiyə arasında müttəfiqlik Bəyannaməsi imzalandıqdan sonra Rusiya ilə qarşılıqlı fəalliyyət və tərəfdaşlıq haqqında razılaşma əldə olunub. Amma buna baxmayaraq, Rusiyadan Azərbaycana qarşı təhdidlər səngimir. Yekaterinburqda və digər bölgələrdə azərbaycanlılara qarşı olan zorakılıq, iki soydaşımızın qətlə yetirilməsi, diaspor sədrinə qarşı olan hərəkətlər qəbuledilməzdir. Azərbaycan dövləti haqlı olaraq soydaşlarına qarşı olan bu davranışlara etiraz edir. Xarici İşlər Nazirliyi və digər müstəvilərdə bu məsələlərə dair fikirlər ifadə edilib. Azərbaycanın hüquq -mühafizə orqanları da azərbaycanlıların Rusiyada qətli ilə bağlı məsələni diqqətdə saxlayır. Bu məsələ ciddi araşdırılmalı, günahkarlar cəzalanmalı, və bütün bu məsələlərə görə Rusiya Azərbaycandan üzr istəməlidir.

- Sizcə, Rusiya niyə bu ritorikaya üstünlük verir. Bunun səbəbi nədir?

- Azərbaycanla artıq güc, təzyiq ritorikasında danışmaq qeyri-mümkündür. Ölkəmiz özünü müdafiə edəcək gücə və imkanlara malikdir. Eyni zamanda qardaş Türkiyə ilə müttəfiqlik sazişi mövcuddur. Pakistanla Azərbaycan arasındakı strateji əlaqələr də bu xüsusda təsirli amildir. Sözsüz ki, Azərbaycan bölgədə sülhün və sabitliyin olmasında maraqlıdır. Ölkəmiz bununla bölgədə iqtisadi inkişafa nail olmağın mümkünlüyünü təşviq edir. Ermənistanla sülh müstəvisində aparılan danışıqlar da bunun bariz nümunəsidir.

- Bəzi ekspertlər Zəngəzur dəhlizi ilə bağlı Kremlin iddialarının olduğunu bildirir. Rusiyanın bu məsələdəki əsas istəyi nədən ibarətdir?

- Sözsüz ki, Rusiya Zəngəzur dəhlizinə özü nəzarət etmək istəyir. Amma bu elə də mümkün görünmür. Dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması Kremlin mövqeyinə təsir edib. Baş verənlər nəhayətdə ona gətirib çıxara bilər ki, Rusiyanın özü parçalanmaq təhlükəsi ilə üzləşə bilər. İsrail-İran qarşıdurması fonunda baş verənlər də bunu təsdiq edir. Faktiki olaraq, bu gün dünyanın bölüşdürülməsi siyasəti gedir.

- Azərbaycanda Rusiyaya və rus dilinə münasibət necədir?

- Rusiya heç vaxt Azərbaycana dost dövlət olmayıb. Bu ölkə hər zaman işğalçılıq siyasəti həyata keçirib. Azərbaycan xalqı 20 Yanvarı, Xocalı soyqırımını, 44 günlük müharibədə Moskvanın davranışlarını unutmayıb. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət olduqca önəmlidir. Bu məsələdə nə qədər çətinliklər olsa da, xalqımız bunları başa düşür. Rusiya işğalçılıq, təzyiq siyasətindən əl çəkməlidir. O qonşuluq prinsiplərinə riayət edərsə, bu məsələdə problem olmayacaq. Vaxtilə Milli Məclisin tribunasından da demişdim ki, ölkəmizdə Rusiyaya bağlı “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) olmasına ehtiyac yoxdur. Sonradan da məlum oldu ki, burada Rusiyanın tapşırıqlarını yerinə yetirən insanlar var. Ona görə də bu qurumun fəaliyyətinə son qoyulmalı idi. Azərbaycanda kifayət qədər rus millətindən olan insanlar yaşayır. Xalqımızın onlara münasibəti heç vaxt pis olmayıb. Amma ölkəmizdə çoxlu sayda rusdilli mətkəblərin olması qəbuledilməzdir.

- Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin gərginləşməsi region üçün nə vəd edir?

- Putin çox çalışır ki, keçmiş SSRİ-ni bərpa etsin. Bu mümkün olan məsələ deyil. SSRİ mövzusu artıq bitib. Bir vaxtlar bu ittifaqın tərkibində olan dövlətlərin hamısı müstəqildir. Rusiya prezidenti yeni gərginlik olacaqları yaratmaqla prosesləri alovlandırmağa çalışır. Amma bu siyasət yanlışdır. Hətta qonşu dövlətlər Rusiya ilə münasibətlərini qoruyub saxlamasa çalışsa da, Moskva öz iddialarından geri çəkilmək istəmir. Bunun üçün də müxtəlif təzyiq vasitələri axtarırlar ki, burada iqtisadi amillər də önə çəkilir. Azərbaycandan Rusiyaya ixrac edilən məhsullara qadağalar qoymaq haqqında fikirlər səslənir. Sözsüz ki, bütün bunlar iki qonşu ölkə arasında olan yanaşmalara və prinsiplərə uyğun gəlmir.

Xəbər 222 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +