Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


02.07.2025  10:13 

Saxlayanda kobud davrandılar, dindirilmədə isə....- Şahin Şıxlinski





A+  A-

"İlk mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı”.

XəzərNews.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra deyib.

Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır. Onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub.

Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib: “Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq.”

“Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz?”, sualına isə Şıxlinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək.”

Xatırladaq ki, ötən axşam Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski vəhşicəsinə saxlanılmışdı. Bir neçə saat sonra isə əvvəlcə oğlu, sonra isə Ş.Şıxlinski sərbəst buraxılıb.

Xəbər 174 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +