Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


30.06.2025  14:15 

Rusiya nəinki Cənubi Qafqazı, hətta Şimali Qafqazı itirə bilər - Politoloq





A+  A-

"İranın Cənubi Qafqaza bir girişi olmalıdır. A.Qriboyedovun meyitinin Tehrandan Gürcüstana gətirilməsi marşrutuna baxdıqda, o zaman çar Rusiyasının Ermənistanın özündən də nigaran olduğunu bildirirdi. O zamankı Ermənistan indiki kimi deyildi, çox kiçik ərazi idi. Çar Rusiyası artıq buradakı ermənilərə etibar etmirdi. Yaratdığı qurumdan özü ehtiyatlanırdı".

Bu barədə açıqlamanı XəzərNews.az-ın redaksiyasında keçirdiyi brifinqdə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbıri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, indi də Zəngəzur koridoru ətrafında baş verənlər İranın kəskin anti-Rusiya, anti-Azərbaycan, anti-Türkiyə mövqeyi fonunda İranın bu mövqeyinə bu və ya digər dərəcədə yeni aranjemanlar yaratması proseslərin çox ciddi olduğunu göstərir:

"Hər iki xalq bir-birinin eynisi hesab edirlər və kələk, hiylə anlamında da özünü doğruldandır. Ona görə çox müxtəlif hiylələr, şantajlar ola bilər. Bunu nəzərə alaraq İranın Cənubi Qafqaza Ermənistandan olan yolu bağlanmalıdır".

Politoloq hesab edir ki, Sünik və ya Zəngəzur mövzusu tarix əsasında həllini tapmalıdır və İranın bütövlükdə Cənubi Qafqaza girişi yalnız Azərbaycan ərazisindən olmalıdır:

"Bu Azərbaycandan daha çox Rusiyanın özünə lazımdır. Çünki Rusiya İranın anti-rusiyaçılığının nəinki detallarını, mahiyyətini anlamır. İranın anti-rusiyaçılığı Cənubi Osetiya və sonradan Qarabağ müharibəsi dövründən başlanıb. SSRİ əgər dağılıbsa, Rusiya zəifləyibsə, onu zəiflədən amilləri İran gücləndirməlidir. Abxaziya və Cənubi Osetiyada və sonradan Qarabağda Qasım Süleymaninin gördüyü işləri Rusiya araşdırmalıdır. RF ekspertləri Q.Süleymaninin gördüyü işləri bu gün Türkiyə Azərbaycanın üstünə yazırlar. Çünki Rusiyanın Cənubi Qafqaz üzrə ekspertlərinin böyük əksəriyyəti ermənilərdir və yaxud ermənilərin təsiri altında olan ruslardır. Bu böyük təhlükədir. Rusiya nəinki Cənubi Qafqazı, hətta Şimali Qafqazı itirə bilər".



Xəbər 764 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +