Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


15.08.2025  15:51 

Rusiyalı nazirdən azərbaycanlılarla bağlı qərəzli göstəriş





A+  A-

İyulun 30-da Rusiyada regionlara azərbaycanlıların işə götürülməməsi barədə göstərişlər yayılıb. Bunun səbəbi kimi Rusiya və Azərbaycan arasındakı münasibətlərin mürəkkəbləşməsi göstərilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Amma bununla iş bitmir. Nazirlik həmçinin tələb edib ki, iyulun 15-dək hazırda işləyən azərbaycanlıların siyahısı tam adları, doğum tarixləri, vəzifələri, icazə sənədlərinin məlumatları və əlaqə vasitələri ilə birlikdə göndərilsin. Bu, guya “əmək bazarındakı vəziyyəti analiz etmək və risklərin qarşısını almaq” məqsədi daşıyır.

Bundan sonra bir çox müəssisələr bildirib ki, onların Azərbaycan vətəndaşı olan işçiləri yoxdur və onları işə götürmək planlarına daxil deyil. Amma buna inanmaq çətindir, çünki Rusiya teleqram kanalları 1,5 milyon azərbaycanlının Rusiyada yaşadığını qeyd edir və onların “bir-birilərinə bağlı və yaxşı təşkilatlanmış” olduğunu vurğulayır.

Daha inandırıcı görünən ehtimal isə budur: bu insanlar müəssisələrin heyətindən tələsik çıxarılıb ki, hesabat təqdim edilərkən “belə hallar olmayıb” demək mümkün olsun.

Halbuki 2024-cü ildə Rusiyanın əmək naziri bu mövzuya tamamilə fərqli yanaşırdı. O, ikitərəfli münasibətlərin davamlı inkişafından məmnun olduğunu bildirir və əməkdaşlıqla təcrübə mübadiləsinin ölkələr üçün qarşılıqlı faydalı olduğunu vurğulayırdı.

Xəbər 158 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +