Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


23.09.2025  14:36 

Rusiyanın adam(lar)ı... - Və ya“yatmış“ agentlər, diversantlar...





A+  A-

İndi bir çox insanlarımız SOCAR-ın İnvestisiya departamentinin rəhbərinin keçmiş müavini, gənc neftxuda Adnan Əhmədzadənin həbsindən, onun “Azeri Light” markalı neftimizi digər ölkələrin neft məhsulları ilə qarışdırıb satmağından, bizim neftimizi qəsdən xloridlə çirkləndirərək dünya bazarında ölkəmizin işgüzar nüfuzuna və bazar şəffaflığına ağır zərbə vurmasından, Azərbaycanın beynəlxalq etibarlılığını zədələməsindən və eləcə də onun qlamur həyat tərzi ilə yaşayan xanımının isə sosial şəbəkədəki şəkillərini dərhal silib, əvəzində isə "Quran" ayəsi paylaşmasından danışır və yazırlar. Necə deyərlər, indi gündəmin əsas mövzusu budur.

Bəzi xəbər saytları isə hətta Adnan Əhmədzadənin “Rusiyanın adamı” olduğu, onun "5-ci kolon"a bağlılığı barədə ehtimallar da səsləndirirlər.

Bəs, əsl həqiqətdə isə bu adam "Rusiyanın adamı" ola bilərmi?

Bəli, ola bilər.

Rusiyanın Azərbaycanda yüzlərlə, minlərlə adnanları (agentləri) var. Əksəriyyəti də yatmış hücrə vəziyətindədir. Elə Rusiya mediasında da belələrini "yatmışlar" (спящие) adlandırırlar. Kreml isə zamanı gəldikcə onları bir-bir aktivləşdirir və Azərbaycana qarşı bu və ya digər "hibrid müharibə" əməliyyatlarında, cürbəcür təxribatların həyata keçirilməsində istifadə edir.

BTC vasitəsilə Avropaya nəql edilən neftimizin çirkləndirilməsi də məqsədli-planlı şəkildə hazırlanmış və həyata keçirilmiş qlobal təxribatdır.

Bu mənada Azərbaycandan Rumıniya, İtaliya və digər Avropa ölkələrinə ixrac olunan xam neftin Rusiya tərəfindən məhz Adnan Əhmədzadə kimilərin əliylə çirkləndirilməsində qeyri-adi heçnə yoxdur.

Aparılan istintaq-təhqiqat işlərinin gedişində "Rusiya izi"ni aşkar edib üzə çıxarmaq yəqin ki, mümkün olacaq.

Ancaq iş burasındadır ki, bu gün təkcə neft sənayesində deyil, təhsildən mediaya qədər ölkəmizin demək olar ki, bütün sahələrində Rusiyaya bağlı şəxslər, Moskvanın gizli göstərişlərini yerinə yetirməyə hazır olan "5-ci kolon"çular var. Hətta Ağsaqqallar Şurası deyilən qurumda da Rusiyanın adamları var. İmişlidə 9 May tədbirləri zamanı rayon Ağsaqqallar Şurasının sədrinin öz yaxasına "Georgi lenti"ni taxması və sovet bayrağını qaldırması da buna əyani misal idi.

Lakin ən pisi isə budur ki, Moskvadan gələn tapşırıqları canla-başla yerinə yetirməyə hazır olan bu cür şəxslərin deşifrə olunması və tutduqları vəzifələrdən uzaqlaşdırılması istiqamətində indiyə qədər heç bir sistemli iş aparılmayıb. Yalnız iş-işdən keçəndən, problem yarandıqdan sonra bu cür satqınlar aşkar olunur, barələrində hansısa tədbirlər görülür.

Ancaq bu cür mövsümi, ötəri, kosmetik xarakterli tədbirlər Rusiyanın adamlarından tam şəkildə qurtulmağın etibarlı həll yolu deyil.

Rusiyanın əlaltıları bütün sahələrdən təmizlənməlidir. Necə ki, qardaş Türkiyədə nazirliklərdən tutmuş məhkəmələrə qədər bütün sahələr total şəkildə FETÖ-çulardan təmizləndi (və bu proses bu gün də davam edir), eyni qayda ilə bizim ölkəmizdəki "beşinci kolon"çular da bir-bir təsviyyə edilməli və neytrallaşdırılmalıdır.

Əks təqdirdə isə, gələcəkdə Moskvadan təlimat alan digər adnanların daha ağır təxribatları ilə üzləşə bilərik. Biz oturub növbəti Rusiya adam(lar)ının növbəti təxribatlarını gözləməməliyik.

P.S.
Yeri gəlmişkən, Baltikyanı ölkələrin və Ukraynanın bu sahədəki təcrübələri də bizim işimizə yaraya bilər. Onlar Rusiyanın agentlərini, diversantlarını aşkar edib zərərsizləşdirmək üçün çoxpilləli və uzunmüddətli əməliyyatlar həyata keçiriblər.

Bəybala Mirzəyev

Xəbər 730 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +