DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü


17.01.2022  10:51 

Faiq Balabəylinin “Bakı buxtası-20 yanvar” kitabı nəşr olunub





A+  A-

Tanınmış Şair-publisist, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Faiq Balabəylinin “Bakı buxtası-20 yanvar” adlanan yeni kitabı nəşr olunub.

XəzərNews.az xəbər verir ki, kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Rus-Sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur.

Həmin hadisələrin birbaşa iştirakçısı olan müəllif kitabda o günlərin qəhrəmanlarının xatirələrini, dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarları qələmə alıb. Onu da bildirək ki, 2003-cü ildə Faiq Balabəylinin bu mövzuda “Kəsilməyən həyəcan fiti” adlı kitabı da dərc olunmuşdu. Dəyərli əqidə yoldaşımızı yeni əsəri münasibəti ilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Xəbər 3329 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +