Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


12.01.2021  17:59 

“Bu il yataqlar hərrac qaydası ilə istismara veriləcək” - ETSN





A+  A-

“Bu ildən etibarən yer təki istismarçının vahid pəncərə sistemi yaradılacaq. Bu da mineral-xammal innovativ layihələrindən biridir. İstismarçı burada öz profilini, ödənişlərini, özünə aid bütün məlumatları görəcək. Bu məlumatlar elektron hökumət portalına inteqrasiya olunacaq və şəffaf şəkildə izlənilə biləcək”
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib. O həmçinin bildirib ki, 2021-ci ildən yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında nəzərdə tutulub. Bununla bağlı ETSN tərəfindən müvafiq yer təki sahələri də seçilib:

“Hazırda istismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Bu proses başa çatdırılandan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Həmçinin nazirliyin rəsmi saytında da hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək”.

S. Qurbanov qeyd edib ki, həmçinin dağ-mədən ayrılması da iki yolla ayrılır: hərrac-müsabiqə və danışıqlar keçirilməsi yolu ilə: “Əgər yatağın ehtiyat həcmi 50 min kub metrdirsə, ona uyğun inkişaf planı hazırlanır, 50 min kub metrdən artıqdırsa, istismar layihəsi hazırlanır. Burada istismar həcmlərinə diqqət etmək lazımdır. Normadan artıq qazmağa icazə verilmir. İstismarın düzgün aparılıb-aparılmadığı dəqiqləşdirilir və bunun əsasında fəaliyyətə qiymət verilir. Dağ-mədən ayrılması faydalı ehtiyatları sübut edilən ərazilərə verilir. Bu hərrac-müsabiqə və danışıqlar keçirilməsi yolu ilə mümkündür”.

Xəbər 3475 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +