DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü


03.10.2020  13:17 

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi





A+  A-

Müdafiə Nazirliyi əhaliyə müraciət edib.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.

Bildiririk ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Eyni zamanda bildiririk ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur. Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti qaynar xətt fəaliyyət göstərir:

+994 (012) 406-85-43
+994 (070) 946-51-11
+994 (055) 294-15-30

Xəbər 4460 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +