Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


03.09.2018  17:23 

25 tona yaxın kartof geri qaytarıldı





A+  A-

İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib.
XəzərNews.az-a daxil olan məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.

Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Xəbər 3080 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +