Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


12.10.2017  09:24 

Bu avtobuslardan adam iyrənir...





A+  A-

Bakıdakı bəzi avtobusların oturacaqları bərbad durumdadır.
XəzərNews.az xəbər verir ki, bu haqda Milli.az-a Bakı şəhər, Binəqədi rayon sakini Asif Əhmədov məlumat verib. Sayta müraciət edən sakin paytaxtdakı sərnişin nəqliyyatında istifadə edilən avtobuslardakı antisanitariyadan şikayətlənib. Onun sözlərinə görə, həmin avtobuslar guya Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətindən keçsə də, adam oturacaqlardan iyrənir:

"BNA-nın yoxlamasından keçən bir sıra marşrut avtobuslarına guya onların dezinfeksiya olunduğu, avtobuslarda video müşahidə aparıldığına dair stikerlər vurulub. Halbuki, orada nə hər hansı dezinfeksiyadan, nə də kameradan danışmaq olmaz. Həmin stikerlərin vurulduğu elə avtobuslar var ki, adam iyrəndiyindən heç oturacağa oturmaq belə istərmir. Belə olduğu təqdirdə o stikerlər nə üçün və hansı əsasla vurulur? Niyə həmin avtobuslar dezinfeksiya olunmur? Niyə oturacaqların örtükləri vaxtında dəyişdirilmir? Niyə buna lazımi nəzarət edilib tədbir görülmür?!"

Məsələ ilə bağlı sayt bir aydan çox müddətdə BNA-nın mövqeyini öyrənməyə çalışıb. Lakin bununla bağlı sorğunun sentyabrın 5-də verilməsinə və daha sonra bu barədə bir neçə dəfə təkrar xatırlatmalara baxmayaraq, sözügedən qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən hər hansı cavab almaq mümkün olmayıb.

Xəbər 2842 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +