İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


23.06.2025  14:54 

Putinlə Abbas Əraqçi arasında görüş başlayıb





A+  A-

Rusiya Prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş başlayıb.

XəzərNews.az xəbər verir ki, görüş Kremldə baş tutur.

Qeyd edək ki, bu gün səhər Reuters agentliyi yüksək rütbəli mənbəyə istinadən xəbər verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ali lider Əli Xamneyinin ölkəyə dəstək verilməsini xahiş edən məktubunu Rusiya prezidenti Vladimir Putinə təqdim edəcək. Agentlik hansı dəstəyin müzakirə olunduğunu və Tehranın hərbi yardım tələb edib-etməyəcəyini dəqiqləşdirməyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin bu gün İranın xarici işlər nazirini qəbul edəcək. Bir gün əvvəl Rusiyaya gələn cənab Əraqçi deyib ki, “dünya nizamı faktiki olaraq yeni təhlükəli şəraitdə” Moskva ilə məsləhətləşmələr böyük əhəmiyyət kəsb edə bilər.

Xəbər 235 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +