Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


05.12.2025  16:26 

Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?





A+  A-

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla gizli əlaqələri ortaya çıxıb.

Bu barədə “VÇK-OQPU” nəşrində dərc olunmuş məqalədə qeyd olunur.

Bildirilir ki, bu ilin sentyabr ayında Əhmədzadə Bodrumda azərbaycanlı iş adamı Ələkbərovun “Genesis” yaxtasında “Lukoyl” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib. Bu isə onun Rusiya oliqarxının etibar etdiyi şəxs olması versiyasını gücləndirir.

Bundan başqa, A. Əhmədzadə V. Ələkbərovla əlaqəli şəkildə 108 milyon dollar dəyərində “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.

Belə ki, 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Ələkbərova məxsus yaxta müsadirə olunmaması üçün Aralıq dənizindəki limanların birində gizlədilib.

Məlumata görə, milyarder, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova”nın mülkiyyətçisi ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti “Nova 70 LTD”nin adına qeydiyyatda olub. Lakin 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı “Gaja”ya dəyişdirilib.

Daha sonra yaxta Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib. Bu addımın sanksiyalardan yayınmaq və aktivləri gizlətmək üçün atıldığı iddia olunur.

“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv - 100 milyon dollarlıq superyaxta Böyük Britaniya vətəndaşının (Adnan Əhmədzadə - red.) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”, - nəşr yazır.

Əhmədzadənin Böyük Britaniya pasportu olsa da, indi o, Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini hüquqi cəhətdən gizlətmək və “Lukoyl”, “Tatneft”, “Sibur”, “Surqutnefteqaz” və digər Rusiya neft şirkətlərinin neft ticarətinə yardım etmək üçün istifadə etməkdə ittiham olunur.

Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla Qazaxıstan, Türkmənistan və digər ölkələrin nefti adı altında dünya bazarına çıxardığı ilə bağlı məqamlar üzə çıxıb.

Xatırladaq ki, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə bu ilin sentyabr ayında həbs olunub. Bakı şəhəri Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə A. Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham edilir./Qafqazinfo


Xəbər 423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +