Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


22.08.2025  14:12 

“Push30“ qiymətləri 75% artırıb - Tətbiqdən kütləvi imtinalar başladı





A+  A-

Son illərdə Azərbaycanda sağlam həyat tərzinin təşviqi üzrə özünü pozisiyalaşdıran "Push30" tətbiqi ardıcıl qiymət artımları və paket dəyişiklikləri ilə istifadəçilərin narazılığı ilə üzləşib.

XəzərNews.az Yurd.Media-ya istinadla xəbər verir ki, uzun müddətdir tətbiqdən istifadə etdiyini bildirən Fərəh Quliyeva adlı istifadəçi sosial şəbəkədə qiymətlərin qısa müddət ərzində kəskin artımından şikayət edib.

Onun sözlərinə görə, "Push30"da vaxtilə 68 manat olan "Standart" paket əvvəlcə 83 manata, daha sonra 89 manata, indi isə 119 manata yüksəlib. Bu, təxminən 75% artım deməkdir.

Qiymət artımı ilə yanaşı, istifadəçiləri narahat edən digər məsələ paketlərin strukturunda edilən dəyişikliklərdir. Əvvəllər "Standart" paketdə mövcud olan idman zalları indi "Plus" paketinə, "Plus" paketdəkilər isə "Premium" paketinə köçürülüb. Bu o deməkdir ki, istifadəçilər eyni xidmətlərdən yararlanmaq üçün daha yüksək məbləğ ödəməli olurlar.

Hazırda "Plus" paketin aylıq qiyməti 219 manat təşkil edir ki, bu da orta aylıq əmək haqqı təxminən 800-900 manat olan Azərbaycanda bir çox vətəndaş üçün əlçatmaz məbləğdir.

"Push30" tətbiqi 2018-ci ildə yaradılmış və qısa müddətdə minlərlə istifadəçi toplamışdı. Tətbiqin əsas üstünlüyü istifadəçilərə müxtəlif idman zallarına vahid abunəlik ilə çıxış imkanı verməsi idi.

Qiymət artımından sonra bir çox istifadəçilər xidmətdən imtina edəcəklərini qeyd ediblər.




Xəbər 586 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +