Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?


11.07.2025  11:28 

ABŞ-a heç bir söz deyə bilmir, Azərbaycanı hədələyir - Politoloq





A+  A-

“BƏƏ-də Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar iki prizmadan yeni keyfiyyət yaratdı. Birincisi, danışıqlar məkan kimi müsəlman ölkəsi seçildi. Bu birbaşa İranın neytrallaşdırmağa yönəli addımdır və daha çox Ermənistanın təklifi ilə reallaşıb. İran Qərbin Ermənistanda bütün inkişafına göz yumur. Ermənistanla Azərbaycan arasında normallaşmanın Qərbin diktəsi ilə olduğunu və İranın ziyanına olacağı iddiasını irəli sürür. Bundan istifadə edib, hərbi əməliyyatlara başlaya bilər. Qərb Azərbaycanla Ermənistan arasında münaqişənin ədalətli tənzimlənməsinə imkan verməyib. İran bu fikirləri müsəlman dövləti üçün deyə bilməyəcək. Çünki BƏƏ də İran kimi müsəlman dövlətidir, fərq yalnız ölçüdədir. İran çox aydın və konkret ermənipərəst, BƏƏ isə neytral mövqedədir. Ermənistan 3 adanın BƏƏ-yə məxsus olduğunu çoxdan tanıyıb. BƏƏ danışıqlarının birinci mahiyyəti İranı neytrallaşdırmaqdır. İran gücü tanıyır, Allah və savadı inkar edib. Bu da BƏƏ-yə 3 ada məsələsində İrana qarşı əlavə motivasiyaya resurs olacaqdır”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, BƏƏ-nin danışıq məkanı kimi seçilməsinin “patronu” ABŞ-dır:

“Zəngəzur koridoru ilə bağlı təlimat göndərməsi İranın anti-Azərbaycançılığını bir daha ifşa etdi. ABŞ-a heç bir söz deyə bilmir, Azərbaycanın ünvanına hədələr gəlir”.

Politoloq ikinci keyfiyyətin isə ikitərəfli sülh müqaviləsini imzalamaqdan imtina edərək, yenidən normallaşma prosesinə qayıdılmasını göstərib:

“Ermənistan və Azərbaycan Respublikaları arasında deyil, Ermənistan və Azərbaycan dövlətləri arasında normallaşma” termini gündəliyə gəlib. XX əsrdə 3 Ermənistan və Azərbaycan respublikaları olub. Hər 3-ü və həmişə Azərbaycan və Ermənistan dövlətləri adlanılar. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətləri Alma-Ata bəyannaməsi əsasında tənzimləmək olar. İki dövlət arasında münasibətləri yeni müəyyən olunan prinsiplərlə tənzimləmək mümkündür. N.Paşinyan 1918-ci ildəki Azərbaycan dövlətinin Konstitusiyasında Ermənistana ərazi iddiasını gündəliyə gətirib. XX əsrin əvvəlində baş verənlər də müzakirəyə daxil olacaq”.

M.Əhmədoğunun fikrincə Prezident İlham Əliyevin ortalığa qoyduğu iradə ilə iki ölkə arasında iqtisadi, siyasi addımlar atılacaq, bu addımlarla yanaşı dövlətlərarası münasibətlər müzakirə olunacaq:

“Bu konsepsiya da İranın ziyanınadır. İran Ermənistandan özünü qorumalıdır. Çünki ərəb dövlətləri tərəfindən İrana hərbi hücum az ehtimal olunandır. ABŞ ərəb dövlətlərini çox aktivləşdirmək istəmir. Həm ABŞ-ın ərəb dövlətlərinə ümumi münasibəti, həm də ərəb dövlətlərinin ABŞ-a münasibəti fərqli prizmalardan görünür. Ərəb dövlətlərinin ayrılıqda bir-birinə və həm də ABŞ-a münasibətlərində çox ziddiyyətli məqamlar var”.

Politoloqun sözlərinə görə, Rusiya İran mövzusunda aktivləşmək istəyir:

“Bunu daimi ABŞ-la müzakirədə saxlayıb. Görünür, ABŞ İranla əlaqəli məsələlərinin ağırlıq mərkəzini şimala çevirəcək və Rusiya da buna yalnız sevinəcək. Rəsmi Yerevan İranın onun daxili işlərinə qarışmasını beynəlxalq aləmdə qaldıra və ABŞ-a və ya Rusiyaya müraciət edə bilər. Rusiya və ABŞ hansı növ hərbi-siyasi, diplomatik variantlardan istifadə edilməsini də bu iki dövlət müəyyənlədirəcəkdir.

İran Ermənistandan ardıcıl zərbələrə hazır olmalıdır. Bir şey var ki, İranda ermənilərin zərbəsini Cənnətə açılan qapı hesab edirlər. 2010-cu ildə beynəlxalq Novruz günləri Tehranda keçirilirdi. O zamankı prezident M.Əhmədnejad ER prezidenti S.Sərkisyanı bu festivala dəvət etdi. S.Sərkisyan imtina etdi. M.Əhmədnejad S.Sərkisyanın Tehrana gəlməsi üçün Ermənistana 60 milyon dollar hədiyyə-yardım ayırdı. S.Sərkisyan gəlmədi və M.Əhmədnejat hökuməti isə həmin 60 milyon dolları ermənilərə verdi.

İndi də erməni siyasətçisi, jurnalisti onların hesabına xaricdə mətbu orqanı saxlayır.

Təbrizdə İsrailin vurduğu evlərdən heç birinin təmirinə başlamayıb, əksinə müharibənin ağırlığını İranın şimal istiqamətinə çevrilməsinə çalışır. Bir daha İrandakı soydaşlarımızı fiziki təhlükə altına qoymuş olur”.




Xəbər 954 dəfə oxunub.




12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +