Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti


07.08.2017  11:32 

Boksçularımız Minskdə 5 medal qazandılar





A+  A-

Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
XəzərNews.az xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rüstəmov (56 kq) yarışı 3-cü pillədə başa vurub.

Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.

Xəbər 2870 dəfə oxunub.



11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +