Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


09.07.2025  11:45 

“Qalatasaray”dan Oşimenlə bağlı yeni AÇIQLAMA





A+  A-

“Qalatasaray” klubu nigeriyalı hücumçu Viktor Oşimenin transferi üçün "Napoli" ilə danışıqları davam etdirir.

XəzərNews.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı futbolçu ilə artıq “3+1” illik müqavilə barədə razılığa gəlib. Hazırda əsas diqqət Neapol klubunu razı salmağa yönəlib.

İtaliya klubu Oşimenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma şərtini tələb edir. Qalatasaray əvvəlcə bu məbləği 5 hissədə 50 və 60 milyon avro olmaqla ödəməyi təklif etsə də, “Napoli” prezidenti Aurelio De Laurentis 75 milyon üçün israr edir.

Türkiyə mətbuatına görə, “sarı-qırmızılar” son olaraq 75 milyon avronu 4 ilə 5 mərhələdə ödəməyi təklif edib. Klub rəsmilərinin bu gün bir araya gəlib görüşəcəyi və transferin yaxın zamanda yekunlaşa biləcəyi gözlənilir.

Xəbər 292 dəfə oxunub.



10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +