Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


10.12.2025  11:09 

Tikinti maqnatına məxsus şirkət tenderin qalibi seçildi





A+  A-

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayacaq.

XəzərNews.az xəbər verir ki, şirkət Gəncə şəhər MKTİB-nin balansında olan binalarda əsaslı təmir işləri görəcək. Buna görə ASC-yə 1 523 871,91 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir. Aqibət Məmmədov tikinti maqnatı kimi tanınır.

"Gəncə Körpü Tikinti-2" ASC əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərində qalib seçilir. Gəncə şəhər MKTİB də Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov tikinti maqnatı kimi tanınır./Qaynarinfo

Xəbər 131 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +