Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


09.07.2025  17:56 

Əbu-Dabi danışıqları: “Moskva ilk fürsətdə çevriliş edəcək“





A+  A-

Xəbər verdiyimiz kimi, sabah Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində növbəti görüş baş tutacaq. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gələcəklər. Məlumata görə, görüşdə tərəflər arasında sülh sazişi ilə bağlı danışıqlar aparılacaq. Ermənistan müxalifətinin fikrincə, Paşinyan görüş zamanı Azərbaycan və Türkiyənin təkliflərinə razılıq verə bilər. Hətta bəzi dairələr vacib sənədin imzalanacağını da istisna etmir. Bu iddialar Ermənistanda daxili siyasi gərginliyi daha da artırıb.

Bəs görüşdə yekun sülh sazişinin imzalanması nə dərəcədə real görünür? Erməni müxalifətinin etirazları danışıqlar prosesinə təsir göstərə bilərmi?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Bakupost.az-a açıqlamasında bildirib ki, sabahkı görüşdə Cənubi Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərində yekun sülh sazişinin imzalanması məsələsi müzakirə oluna bilər:

“Ancaq yekun sülh sazişinin sabahkı görüşdə imzalanma ehtimalı, demək olar ki, yoxdur. Çünki Rəsmi Bakının irəli sürdüyü şərtlər var. Ermənistan əvvəlcə öz Konstitusiyasını dəyişdirərək Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri ləğv etməli və Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, Minsk qrupu ləğv edilsin.Yəni bu iki şərt yerinə yetirilmədən yekun sülh sazişinin imzalanması mümkün deyil”.

Politoloqun sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, Ermənistan üçün Azərbaycanla sülh sazişini imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq bir növ “xilas yoluna” çevrilib:

“Çünki Ermənistan hələ də blokada vəziyyətindədir. Eyni zamanda, Rusiya da Ermənistanda daxili sabitliyi pozmağa davam edir. Paşinyan hakimiyyəti son günlər Rusiya kəşfiyyatının nəzarəti altında olan erməni keşişləri, milyarderləri, eləcə də Qarabağ klanına aid olan və Rusiyaya bağlı bəzi siyasətçiləri həbs etməyə başlayıb”.

E.Xalidbəyli qeyd edib ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalayaraq Rusiyadan asılılığı azaltmaq istəyir:

“Paşinyan hakimiyyəti çox yaxşı anlayır ki, əgər Azərbaycanla sülh sazişi imzalayaraq asılılığı azalda bilməsə, Moskva ilk fürsətdə onun hakimiyyətini devirməyə çalışacaq. Bunu bildiklərinə görə, Azərbaycanla sülh sazişi imzalamağa cəhd edirlər.

Erməni müxalifətinin iddiaları isə sadəcə, ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Əsl təhlükə Rusiya yönlü müxalifətin Ermənistan əleyhinə fəaliyyəti ilə bağlıdır. Böyük ehtimalla, sabahkı görüşdə sülh sazişinin tez bir zamanda imzalanması üçün müəyyən məsələlər müzakirə oluna bilər. Həmçinin, sazişin imzalanma yeri də gündəmə gələ bilər. Ancaq yenə də qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti hələ də rəsmi Bakının irəli sürdüyü iki əsas şərti yerinə yetirməyib. Əgər bu şərtlər yerinə yetirilsə, sülh sazişinin imzalanması üçün heç bir ciddi maneə qalmaz”.


Xəbər 192 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +