Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


09.12.2025  16:06 

Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM





A+  A-

Dünən, 08.12.2025-ci il tarixində Akademik C. Abdullayev adına Elmi -Tədqiqat Kardiologiya institutunda gənc xəstənin ölümü faktı qeydə alınıb. 20.02.1991 – ci il təvəllüdlü Vüsal İsayev ürəyində kəskin ağrılarla özünü Kardiologiya institutuna çatdırıb. Ona infarkt və ürək çatışmazlığı diaqnozu qoyulub. Lakin reanimasiyada ağır xəstə süni tənəffüs apararına qoşulmayıb.

Xəstənin yaxını, jurnalist Turan Özan onun həyatını xilas etmək üçün xəstəxana axtarışına çıxsa da, nəticəsiz qalıb. O, xəstənin ölümündə səhiyyə sistemini günahlandırır.

“Bir neçə dəqiqə əvvəl Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü . Bəli, o, qəsdən, etinasızlıqdan öldü.

Azərbaycanın o boyda Kardiologiya institunun reanimasiyasında traxeostomiya edib, süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yoxdur. Baş həkimə deyirəm şəraitiniz bərbaddırsa transfer edək başqa yerə, üzümə baxır deyir “xəstəxanaları siz razı salın, biz göndərək”.

Turan Ozan saytımıza açıqlamasına görə, əsl həngamə bundan sonra başlayıb. O, xəstəni təxliyə etmək istəsə də buna nail ola bilməyib.

“Yeni klinikaya aparılması üçün müraciət etdik, şəxsən mən baş həkim Barat Yusubova zəng etdim , amma o, telefonuma geri dönüş etmədi. Daha sonra xəstəxananın mətbuat xidmətindən bildirdilər ki, yerimiz yoxdur. Təsəvvür edirsiz, Azərbaycanın bir nömrəli xəstəxanası, nəhəng Yeni klinikanın reanimasiyasında yer yoxdur. Hansı k,i Covid dönəmində , yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Ölkə rəhbərliyinin qarşısında bir dəfə məsuliyyət götürmüşdülər , birinci dəfə korrupsiya ilə batırdılar, indi də belə...

Daha sonra səhiyyə nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə üz tutduq, onlar da 5-10 min manat depozit istədilər, daha sonra Neftçilər xəstəxanası dedi yerimiz yoxdur . Bu ölkədə səhiyyənin hal hazırda gəldiyi durum budur . O cavan oğlan isə bir neçə dəqiqə əvvəl vəfat etdi . Bütün məsuliyyət və günah Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , TƏBİB , ET Kardiologiya İnstitutu Barat Yusubov - sizdədir .Mən ailəyə nə qədər kömək etməyə çalışsam da, imkanlarımdan və əlaqələrimdən bu dəfə istifadə edə bilmədim . Və buna görə özümü də günahkar hiss edirəm, bəs sizin vicdanınız sızladımı?”.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinə sorğu göndərmişik./Medicina.az


Xəbər 145 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +