Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.07.2025  16:30 

Sülh sazişinin imzalanmasına nə mane olur? - Elçin Əmirbəyov





A+  A-

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib.

E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb.

Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.

Müsahibədə E.Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Ölkələr arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb./Report.az

Xəbər 304 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +