AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir


06.07.2025  14:15 

Bakıda ağac avtobusun üzərinə aşıb





A+  A-

“3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb”.

XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva hadisənin bu gün saat 12 radələrində baş verdiyini bildirib.

Nəqliyyat vasitəsini idarə edən sürücü Məzahir Rüstəmovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.

Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib.

Xəbər 292 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +