09.07.2025 18:06
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
"Xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan effektli dərmanlar artıq tapılıb. Amma farmokologiya sahəsində böyük kompaniyalar öz bizneslərinin güclü inkişafı üçün bunu dünya səviyyəsində gizlədir”.
XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Abdulla Şıxlinski xərçəng xəstələrinin sayının artmasından danışarkən deyib. Ekspert bu qlobal məsələdə əsasən Amerika ilə Böyük Britaniyanı ittiham edir:
"Bu ölkələr həmin dərmanları vermirlər. Dərmanlar sintez olunub, amma adı gedən ölkələr bunu dünyaya bəyan eləmir, dərmanları vermirlər. Nəyə görə? Əgər bu dərmanlar bəyan olunsa, xəstələrə tətbiq olunsa, xəstəliyi vaxtında aşkarlanan insanlar daha tez sağalar. Həmin xəstələrin hamısı sağalacaq. Bu, dərman kompaniyalarının biznesini öldürəcək. Dərman kompaniyalarının bu gün xərçəng əleyhinə tətbiq etdiyi dərmanlar çox bahadır. Amma bizə açıqlanmayan və onkoloji xəstəliyi effektli müalicə edən dərmanlar çox ucuzdur. Dərman kompaniyaları bu səbəbdən həmin dərmanları üzə çıxartmır”.
Ekspert bunun səbəbini xəstələrə tətbiq olunan keyfiyyətsiz dərmanların satılmaması ilə əlaqələndirib:
"Onların biznesi dayanacaq, bu gün tətbiq olnan dərmanları sata bilməyəcəklər. Bu gün onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərmanların xeyri yoxdur. İnsanlara kimyaterapiya tətbiq edilir. Həkimlər deyir ki, gəl, kimyaterapiya olun. Kimyaterapiyada istifadə oluna dərmanlar çox bahadır. Baha olmasına baxmayaraq, onların heç bir effekti yoxdur. Kimyaterapiya böyük biznesdir. Həmin dərmanları satmaqla böyük kompaniyalar varlanıblar. Azərbaycanda bu kompaniyalarla işləyən adamların hamısı dələduzdur. Baxırsan, cavan qadın, yaxud da kişidir, 10 yerdə evi, altında bahalı avtomobili var, yay tətilinin dünyanın ən yaxşı ölkələrində keçirir. Nəyin hesabına? Pul onlarda kisələrlədir. Onlar hər cür dələduzluq etməklə bu dərman maddələrini satmağla məşğuldurlar. Amma xəstəliyi sağaldan dərmanları bilərəkdən üzə çıxartmırlar. Çünki onlar çox ucuzdur”.
Ekspertin sözlərinə görə, bu dərmanlar onkoloji müəssisələrə buraxılsa, xəstələrin sayı 2-4 dəfə azalacaq:
"Amma div dövlətlər bu məsələdə maraqlı deyil. Onlar dünyada əhalinin sayının azalması proqramını həyata keçirir. Buna başqa sözlə, əhalinin utilizasiyası da deyilir. Yəni, zibil kimi kənara atmaq”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.
Xəbər 440 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|