Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


04.09.2025  18:11 

Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?





A+  A-

Kikboksçu Tülin Ələkbərovanın "Burju baku" restoranında Kəmalə adlı qadını döyməsinin təfərrüatı məlum olub.

2004-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, məşqçi işləyən Tülin Ələkbərova Kəmalə adlı qadını ayaqyoluna girmək üstündə döyüb.

Sözügedən restoranda Tülin Ələkbərova içkinin təsirindən özünü pis hiss edib. Sevda adlı tanışı onu ayaqyoluna aparıb. Bu zaman içkinin təsirindən özünü pis hiss edən Kəmalə adlı qadın da ayaqyoluna gedib.

Zərərçəkmiş qadın məhkəmə ifadəsində bildirib ki, içəri daxil olmaq istəyib, amma Sevda ona imkan verməyib. O, ayaqyoluna gəldiyini və hansı səbəbdən onu içəri buraxmadığını soruşsa da, sonuncu buna məhəl qoymayıb və ondan gözləməyi tələb edib:

"Çölə çıxaraq təxminən 5 dəqiqə gözlədim. Artıq özümü pis hiss etdiyim üçün gözləyə bilmədim və yenidən içəri girməyə cəhd göstərdim. Həmin vaxt Sevda məni itələyərək, nalayiq ifadələr işlətməyə başladı. Nə qədər sakit durmağa çalışsam da, sonradan adını öyrəndiyim Sevda kobud danışmağa davam etdi".

Daha sonra içəridən sonradan adını öyrəndiyi Tülün çıxaraq onun sifət nahiyəsinə zərbə vurub. Kəmalə yerə yıxılsa da, təkrar qarın nahiyəsinə təpiklə vuraraq, ona xəsarətlər yetirib. O, yerə yıxıldıqdan sonra Tülün qarın nahiyəsinə təpiklə vuruv, sağ əlini dişləyib.

Kəmalə baş vermiş hadisədən sonra aldığı müalicə aldığını və işsiz qaldığnın, buna görə ona ona ümumilikdə 5000 manat maddi ziyan dəydiyini deyib.

Tülin Ələkbərova isə zərərçəkmişu anasını təhqir etdiyinə görə yumruqla bir dəfə vurduğunu bildirib.

Məhkəmə Tülin Ələkbərovanı Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, həbsdə saxlanıldığı 2 gün çıxılmaqla 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək./Qaynarinfo

Xəbər 452 dəfə oxunub.



05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +