Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.07.2025  18:04 

Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır





A+  A-

Medianın İnkişafı Agentliyi saxta hesablarla bağlı çağırış edib.

XəzərNews.az quruma istinadən xəbər verir ki, bəzi sosial şəbəkə hesablarında Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanan, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

“Qeyd edirik ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, - açıqlamada bildirilir.

Xəbər 182 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +