Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı


10.10.2017  21:18 

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı - Açıqlama





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı məsələyə münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib. Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: “Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır.

Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə əsasən, qurum yalnız Təhsil Nazirliyinin rəsmi sifarişi əsasında dərsliklərin monitorinq və qiymətləndirməsini apara bilər. Bu il də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yalnız Azərbaycan dilində olan dərsliklərin nəşrə qədər qiymətləndirilməsi ilə bağlı müqavilə bağlanıb. Mərkəzə nəşrəqədərki Azərbaycan versiyasında olan dərsliklərin maketləri göndərilib. Bir neçə maketdə heç bir müəllifin adı, kim tərəfindən yazılması qeyd olunmayıb. Mərkəz yalnız bu dərsliklərin qiymətləndirilməsində iştirak edib. Sonradan nazirlik onların arasında hansına üstünlük veribsə, onu seçərək rus dilinə tərcümə edib”, - deyə cavabda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin düzgün təsvir olunmamasıdır. Xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisi təsvir olunub, Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqları qondarma dövlətin ərazilərinə daxil edilib.

Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Xəbər 1243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +