Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


12.05.2025  17:10 

PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...





A+  A-

PKK terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında özünü buraxma, silahlı mübarizəni dayandırma və strukturunu ləğv etmək qərarı verdi. Bu, Türkiyə üçün müsbət bir hadisə kimi dəyərləndirilə bilər. Lakin, bu qərarın təsiri və effektləri üzərində düşünərkən diqqətli olmaq çox vacibdir. Eyforiyaya qapılmaq, bu qərarın müsbət təsirlərini şişirtmək və ya PKK-nın artıq sona çatdığını iddia etmək, əslində reallıqdan uzaqlaşmaq deməkdir.

Məsləyə daha geniş perspektivdən baxmaq lazımdır. İlk öncə deyim ki, mənə görə Abdullah Öcalan PKK-nın simvolik lideridir. Yəni o, təşkilatın bütün fəaliyyətini idarə edən və qərar verən şəxs deyil. PKK-nın əsas beyin mərkəzi və idarəedici komandası təlimatları birbaşa xaricdən alır. Bununla belə, görünən odur ki, PKK-ya dəstək verən qüvvələr Abdullah Öcalan kartından imtina etməyə tələsmir. Əksinə, Öcalanın çağırışı əsasında mayın 5-7-də qurultay keçirildi və PKK-nın özünü buraxdığı elan edildi. Yəni bununla bir növ həm A. Öcalanın hələ nüfuzunun olduğu mesajı verilir, həm də onun gələcəkdə azadlığa çıxması yolunda zəmin yaradılır. Hətta vəziyyətdən asılı olaraq A. Öcalanın siyasi fəaliyyətləri də gündəmə gələ bilər.

Təbii ki, bu, hələlik zəif versiyadır.

Mənə görə, PKK çoxdan transformasiyaya uğrayıb. Təşkilat sözün əsil mənasında sağ göstərib, sol vurur. Belə ki, PKK 10-15 il öncəyə qədər sadəcə dağlarda silahlı mübarizə aparan bir qruplaşma idi. Daha doğrusu, belə göstərilirdi. Hətta Türk film sektorunda belə, PKK, əldə kalaşnikov tutub dağda gəzən Türk ordusu qarşısında əzilən bir obraz yaratmışdı. Realda isə Türkiyə PKK ilə mübarizədə minlərlə şəhid verib.



Yəni Türkiyənin 30 ildən artıq mübarizə apardığı bir terror təşkilatı ictimayyətə tam tərzi göstərilirdi.

Əslində bu da düşünülmüş bir plandır. Plana görə isə PKK Türk ictimaiyyətində zəif və əhəmiyyətsiz göstərilir, dağlarda Türk ordusunun başını qatıb, içdən içə Türk cəmiyyətinə sızırdı.

Mənə görə, PKK bu gün Türkiyə media sektoruna, siyasətinə, elmi camiəsinə və ordusuna sıza bilib. Yəni PKK bir silahlı qruplaşmadan daha kompleks bir təhlükə halını alıb. Hesab edirəm PKK-nın silahı yerə qoyması müvəqqəti bir şeydir. Siyasi və ideoloji mübarizə davam edəcək. Terror təşkilatı yeni taktikalara və yeni mübarizə üsullarına yiyələnib.

Sual yaranır: bunu Türkiyə kimi güclü bir ölkə bilmirmi? Zənnimcə, bu bilinir. Amma Türkiyə siyasətinin qarışıq olması, hakimiyyət uğrunda mübarizələr, ayrı-ayrı siyasilərin gücü əldə etmək üçün PKK ilə sövdələşməyə getməsi, məsələnin bu şəkildə görməsinə və ya PKK-ya qarşı kompleks mübarizənin əngəllənməsinə səbəb olur. Əslində, Türkiyə siyasi sisteminin belə bir hala gəlməsi də öncədən düşünülmüş bir addım idi.

PKK-nın kökləri çox dərinlərdədir və onu sadəcə bir qurultayla silmək mümkün olmayacaq. Hesab edirəm ki, Ərdoğan sonrası PKK-nın əsil niyyəti, bugünkü qərarın real fəsadları özünü qabarıq şəkildə biruzə verəcək.

Turan Rzayev
Politoloq


Xəbər 100 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +