Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı


09.10.2017  16:05 

Çayların suyu azalır





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədəki çayların durumu haqda açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, açıqqlamada bildirilir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-220, Lənkəran-Astara bölgəsi çaylarında 60-110 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Oktyabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 26, Şirvanda 14, Salyanda 10, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 40 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 m (2016-cı il oktyabrın 09-da 411 sm), Şirvanda 329 sm, Salyanda 264 sm (2016-cı il oktyabrın 09-da 265 sm), Bankədə 214 sm (2016-cı il oktyabrın 09-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2016-cı il oktyabrın 09-da 138 sm) təşkil edir.



Xəbər 1720 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +