ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq
Azərbaycanlılar Türkiyədə yol qəzasına düşüb
Müşviqin adından dələduzluq edildi
“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi


17.09.2025  13:26 

Xəyanətin Vidadi Mustafayev üzü: Parçala və qarşıdurma yarat...





A+  A-

Uralda Azərbaycan diasporunun guya “yeni rəhbəri” olduğunu iddia edən Vidadi Mustafayev açıq-aşkar Azərbaycanın milli maraqlarına zidd mövqeyi ilə gündəmə gəlməkdədir. Onun son addımları və bəyanatları bir daha sübut edir ki, bu şəxs Azərbaycan diasporunun birliyini pozmaq, milli həmrəyliyə zərbə vurmaq və xarici qüvvələrin əlində alət rolunu oynamaqdan başqa heç bir məqsəd daşımır.

Vidadi Mustafayev bu dəfə həbsdə olan diaspor rəhbəri Şahin Şıxlinskinin tərəfdarlarını hədəfə alıb. O, guya azərbaycanlıların “xüsusi əməliyyat” üçün apardığı ianə kampaniyasını pozduqlarını iddia edib. Mustafayevin sözlərinə görə, Şahin Şıxlinski guya diaspor üzvlərini ianə verməməyə və tədbirlərdən kənar qalmağa çağırıb. Əlbəttə, bu cür ittihamlar əsassız, təxribatçı və yalan üzərində qurulub. Əslində isə Mustafayevin məqsədi diaspor üzvləri arasında qarşıdurma yaratmaq, etimadı sarsıtmaq və azərbaycanlıları parçalamaqdır.

Ən təhlükəli məqam isə onun açıq şəkildə bəyan etməsidir ki, Moskvada Rusiya diplomatları ilə görüşüb, öz proqramını təqdim edib və onlardan dəstək vədini alıb. Eyni zamanda, o, Azərbaycan diplomatları ilə əlaqə qurmağın “mənasız” olduğunu dilə gətirib. Bu, sadəcə bir siyasi səhv deyil – açıq xəyanət nümunəsidir. Azərbaycan dövlətini, onun diplomatik qurumlarını görməzdən gəlmək, əvəzində başqa ölkənin təsirinə arxalanmaq – milli maraqları satmaq deməkdir. Bu, Azərbaycan diasporunun maraqlarını təmsil etmək deyil, əksinə, ona ən böyük zərbə vurmaqdır.

Vidadi Mustafayevin bu davranışları ictimai rəydə də haqlı qəzəb doğurub. Sosial mediada yüzlərlə soydaşımız onu sərt tənqid edərək, açıq şəkildə vətənə xəyanətdə günahlandırıb. İnsanlar haqlı olaraq soruşurlar: Azərbaycan adında diaspor təşkilatına rəhbərlik etmək, amma Azərbaycan dövlətinə qarşı belə açıq mövqe nümayiş etdirmək hansı vicdana sığır? Bu, yalnız şəxsi maraqlarını güdən, milli dəyərlərə sayğısız, soydaşlarımızın etimadını sındıran adamın davranışı ola bilər.



Unutmaq olmaz ki, diaspora hər zaman Azərbaycanın milli maraqlarını müdafiə etmək, xaricdə yaşayan soydaşlarımızı birləşdirmək üçün yaradılıb. Bu qurum heç vaxt şəxsi ambisiyaların, kənar qüvvələrin sifarişlərinin alətinə çevrilə bilməz. Mustafayevin çıxışları isə açıq şəkildə göstərir ki, onun “proqramı” yalnız parçalanma, qarşıdurma və xaos üzərində qurulub.

Bu gün Azərbaycan cəmiyyəti və diaspor üzvləri belə şəxslərin ifşa olunmasını tələb edir. Milli maraqlara qarşı çıxan, xarici qüvvələrə arxalanan, dövlətini və xalqını aşağılamağa çalışan hər kəs ifşa edilməlidir. Vidadi Mustafayev kimi şəxslərin Azərbaycan adından danışmağa, özünü “diaspor rəhbəri” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.

O, bu davranışları ilə artıq təkcə özünü deyil, onu dəstəkləyən dairələri də rüsvay edir. Əslində isə Mustafayevin adı milli birlik və həmrəylik tariximizdə satqınlıqla, xəyanətlə yadda qalacaq. Azərbaycan xalqı və diaspor üzvləri isə bu cür üzdəniraq adamların qarşısında daim dayanacaq və milli maraqlarımızı qorumağa davam edəcək.

Əli
XəzərNews.az


Xəbər 858 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +