Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


07.07.2025  11:18 

AzerRos kimi təxribatçı adlandırır?





A+  A-

Raşizmin cəza aparatının Yekaterinburqda soydaşlarımıza qarşı törətdiyi qətliama Azərbaycan cəmiyyətinin haqlı sərt etirazı Moskva rejimi təmsilçiləri və təbliğat maşını ilə yanaşı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (AzerRos) tərəfindən də süngü ilə qarşılanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı politoloq Xaqani Cəfərli paylaşıb.

O iddia edib ki, “AzerRos”un Federal Şurası Yekaterinburq hadisələri ilə bağlı müraciətində soydaşlarımızı rusofob və antirusiya gündəliyi ilə dolu təxribat xarakterli nəşrlərə reaksiya verməməyə, “xüsusi hərbi əməliyyat”ın (yəni Ukraynaya qarşı cinayətkar müharibənin) getdiyi bir vaxtda hüquq-mühafizə orqanlarının işi ilə etnik zəmində təqiblər arasında paralellər aparmamağa çağırıb:

“Rusofob və antirusiya gündəliyi ilə dolu təxribat xarakterli nəşrlər” dedikdə Azərbaycan mətbuatının və ictimai rəy liderlərinin raşizmin cəza aparatının cinayətinin ifşasının nəzərdə tutulduğu sirr deyil.

“AzerRos”un bu müraciəti Azərbaycan xalqına qarşısı xəyanət olduğu kimi, Moskva rejiminin Ukraynaya qarşı cinayətkar müharibəsini dəstəkləməklə raşizmin törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlərə şərik olmaqdır. “AzerRos”un Moskva rejiminin hərbi və insanlıq əleyhinə cinayətlərini dəstəkləməsi yalnız bu müraciətdəki ifadələrdən ibarət deyil. Moskva rejiminin Ukraynaya qarşı müharibəsi başladığı gündən “AzerRos” hərbi və insanlıq əleyhinə cinayətlərlə doğlu bu müharibəni dəstəkləyərək, çoxsaylı tədbirlər həyata keçirib. Bütün bunlara görə “AzerRos”un rəhbərliyi raşizmin təmsilçiləri ilə eyni hüquqi məsuliyyəti daşıyırlar.

“AzerRos”un prezidenti Xanoğlan Əliyevin işbirliyində olduğu Ədalətli Rusiya Partiyasının sədri, Dövlət Dumasında partiya fraksiyasının rəhbəri Sergey Mironov Rusiyanın Baş prokuroru Sergey Krasnova Azərbaycan diasporları və onlara bağlı strukturlarını, o cümlədən Moskvanın ən böyük şəhər bazarlarını yoxlamağa çağırıb. Bütün fəaliyyəti ədalət anlayışına zidd olan Ədalətli Rusiya Partiyasının sədri Mironov hüququn aliliyini tapdalayaraq, məhkəmə qərarı olmadan Yekaterinburqda həbs olunan azərbaycanlıları “cinayətkar dəstənin üzvləri” adlandırır. Müraciətində Mironov yazır ki, Azərbaycan Rusiya hüquq-mühafizə orqanlarının işinə təsir göstərməyə çalışır.

Mironov müraciətinin sonunda baş prokurordan Azərbaycan diasporlarını və onların nəzarətində olan hüquqi şəxsləri yoxlamaqla yanaşı, “Azərbaycan-Ural” Milli-Mədəni təşkilatının rəhbərinin oğlu Mütvəli Şıxlinskinin istintaqını şəxsi nəzarətə götürməyi, istintaqın nəticələri ilə bağlı ona məlumat verməsini yazıb. Mironova görə, Mütvəli Şıxlınski qaçmaq istəyərək avtomobilini hüquq-mühafizə orqanlarının əməkdaşının üzərinə sürüb, nəticədə asayiş keşikçisi yaralanıb.

Mironovun antiazərbaycan isterikası Rusiya cəmiyyətinə hakim olan şovinzm və ksenofobiyanın bariz nümunəsi olmaqla nə birinci, nə də sonuncu çıxışdır. Belə isterik çıxışlar bundan sonra daha çox müşahidə ediləcək”.

Xəbər 271 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +