Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.12.2025  14:17 

SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?





A+  A-

Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyət üçün açıqlanan maliyyə hesabatının həcmi 5-6 dəfə ixtisar olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı-ekspert Rövşən Ağayev çıxış edib.

R.Ağayev bildirib ki, əvvəlki illərdə hesabatın ətraflı izahı üçün beynəlxalq təcrübəyə uyğun olaraq tərtib olunan qeydlər hissəsi yerli-dibli yığışdırlıb:

“Bu ayrı mövzudur. Amma 2024-cü ilin maliyyə hesabatında 2 fakt diqqətimi çəkdi, təəssüf ki, aydınlaşdırmaq üçün heç bir informasiya tapa bilmədim.

1. Əmlak, tikinti və avadanlıq formasında uzunmüddətli aktivləri 1 ildə az qala 2 dəfə artaraq 28 milyard manatdan 55,5 milyard manata çatıb. Bu qədər kəskin artımın hansı layihələrə, yeni investisiyalara görə artdığı barədə mediada da axtarış verib nəsə tapa bilmədim. Maliyyə və illik hesabatlarda da nə isə yoxdur.

2. Şirkətin məcmu kapitalında qeyri-nəzarət paylarının xüsusi çəkisi 5,4%-dən 30,6%-ə çatıb. Bu payların mütləq ifadədə məbləği 8 dəfə artaraq 1,8 milyard manatdan 14,9 milyard manata yüksəlib. Beynəlxalq maliyyə hesabatı standartlarına görə, qeyri-nəzarət payları konsalidə edilmiş şirkətə məxsus törəmə şirkətlərdə digər səhmdarların malik olduğu payları əks etdirir. Yəni SOCAR-ın törəmə şirkətlərində hansı pay alqı-satqıları, kənar investisiya qoyuluşları olub ki, 8 dəfəlik artım baş verib. Bu tip sualları ölkənin ən böyük, həm də publik şirkətinin cavablandırması lazımdır”, - deyə o qeyd edib.

Xəbər 455 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +