Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır


06.12.2025  13:01 

Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama





A+  A-

Qaz sərfiyyatının artması fonunda əhali arasında limitlərin ləğvi məsələsinə dair narahatlıq yenidən gündəmə gəlib. İnsanlar xüsusilə qış mövsümündə limitlərin tez dolması və əlavə ödənişlərin artması ilə bağlı suallar ünvanlayırlar.

Maraqlıdır, qaz limitinin ləğvi mümkündürmü?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlmasında bildirib ki, ölkədə kommunal xidmətlər üzrə bütün tarif qərarlarını Nazirlər Kabineti yanında Tarif Şurası verir və bu məsələ uzun müddətdir müzakirə olunsa da, real addım atılmayıb.

Ekspertin sözlərinə görə, qaz və işıq limitlərinin aradan qaldırılması ilə bağlı əvvəllər müəyyən müzakirələr aparılsa da, artıq bu mövzu gündəmdə deyil:

“Limitlərlə bağlı məsələ dəfələrlə gündəmə gəlsə də, hər hansı qərarın qəbul olunduğunu görməmişik. İndi isə ümumiyyətlə bu istiqamətdə müzakirələr aparılmır.”

Natiq Cəfərli həmçinin qeyd edib ki, gələn ildən su və digər kommunal xidmət tariflərinin artırılması ilə bağlı çağırışlar səslənir. Dövlət şirkətləri yüksək maya dəyəri və xərclərin gəlirləri ödəməməsi fonunda öz narahatlıqlarını bildirirlər.

Ekspert hesab edir ki, məhz bu səbəbdən qaz limitinin ləğvi real görünmür:

“Düşünmürəm ki, yaxın zamanda bununla bağlı qərar qəbul olunsun. Azərbaycan neft-qaz ölkəsi olsa da, işıq və qazda limitlərin mövcudluğu əhalini narahat edən əsas məsələlərdən biridir”.

Xəbər 127 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +