Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi


14.10.2025  10:49 

Bir ürək, bir bayraq, bir qəhrəman… – NİCAT YOLU





A+  A-

Şəhidlik yalnız ölüm deyil, bir xalqın ruhunun ölməzliyidir. Şəhidlər Vətənin namusuna çevrilən, torpağın damarlarına qanı ilə həyat verən müqəddəs insanlardır. Onlar millətin yaddaşında əbədi yaşamaq üçün fani həyatdan keçib əbədiyyətə qovuşurlar. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, qorxmazlıq, əqidə və əxlaq dayanır. Elə buna görədir ki, onlar ölümdən deyil, əsarətdən qorxurlar. Belə oğullardan biri də Vətən müharibəsinin qəhrəmanı, Azərbaycan Ordusunun mərd döyüşçüsü Nicat Ayaz oğlu Şükürlü idi.

O, cəbhəyə gedəndə ölümə yox, azadlığa doğru getdiyini bilirdi. “Torpaq müqəddəsdirsə, onun uğrunda ölümü gözə almaq da şərəfdir”, – deyirdi dostlarına. Və elə bu inamla da döyüş meydanına yollandı. 12 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Nicat Ayaz oğlu Şükürlü bu gün Vətən müharibəsinin unudulmaz qəhrəmanları sırasında öz müqəddəs yerini tutub.

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan sakit təbiətli, mərd və məqsədyönlü idi.

1998–2009-cu illərdə Bayıl qəsəbəsindəki 49 saylı “Intellekt” liseyində oxuyub, müəllimlərinin və həmyaşıdlarının sevimlisi olub. Təhsillə yanaşı idmanla da məşğul idi. Karate üzrə yarışlarda uğurlar qazanmış, bir neçə dəfə Azərbaycan birinciliyində fərqlənmişdi. Hər zaman nizam-intizamı, müsbət davranışı və əxlaqi saflığı ilə seçilirdi.



2014–2019-cu illərdə Bakı Slavyan Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə ali təhsil aldı. Gənc olmasına baxmayaraq, dərin düşüncəli idi və tez-tez dostlarına deyirdi: “Bizim diplomlarımızın dəyəri yalnız bu torpaqlar azad olanda olacaq”.

Nicat vətənə sevgisini sözlə deyil, əməllə sübut edən gənclərdən idi. 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı “N” saylı Hərbi Hissəsində müddətli həqiqi hərbi xidmət keçdi. Hərbi nizam-intizam, yoldaşlıq və torpaq sevgisi onun xarakterinin ayrılmaz hissəsinə çevrildi. Xidmətdən sonra da ordudan uzaqlaşmadı, daim hazır vəziyyətdə idi - “bir gün Vətən çağıracaq” düşüncəsi ilə yaşayırdı.

Və o gün gəldi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Nicat kimi yüzlərlə igidi döyüş meydanına səslədi. Nicat bu çağırışı ürəyinin dərinliyində illərlə gözləyirdi. Atası Ayaz Şükürov o günləri belə xatırlayır:

“Nicat müharibəyə getməyə tələsirdi. Üç dəfə Hərbi Komissarlığa müraciət etdi. Üçüncü dəfə gedəndə dedilər sabah gəl, amma o dedi: “Yox, bu dəfə getmirəm, məni bu gün aparın”. Sentyabrın 29-da artıq cəbhədə idi”.



O, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak etdi. Döyüş yoldaşlarının dediyinə görə, Nicat həmişə ön cəbhədə olurdu. “Mən qabaqda olmalıyam, çünki arxada mənim ailəm, Vətənim dayanır”, - deyirdi. Çavuş rütbəli bu igid əsgər düşmənin atəş nöqtələrini məhv edərək bölüyün irəliləməsinə şərait yaradırdı. O, döyüş meydanında bir an belə geri çəkilmədi, çünki onun üçün “geri” anlayışı yox idi - yalnız “irəli” vardı.

12 oktyabr 2020-ci ildə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Nicat Şükürlü qəhrəmancasına şəhid oldu. Onun adı o gündən etibarən yalnız bir ailənin yox, bir millətin fəxrinə çevrildi.

Şəhidin atası deyir ki, Nicat uşaqlıqdan mərd, ədalətli və qayğıkeş idi:

“O, həmişə deyirdi ki, Vətən uğrunda ölmək qorxulu deyil, Vətənə borclu yaşamaq qorxuludur. Bu sözlər indi daha çox mənalı gəlir bizə”.



Qarabağ Müharibəsi Veteranları Səbail rayon təşkilatının sədr müavini, I Qarabağ müharibəsi iştirakçısı Rövşən Cavadov isə Nicat haqqında belə danışır:

“O, təkcə vətənpərvər gənc deyildi, həm də çox mədəni, əxlaqlı bir insan idi. Məhəllədə hər kəs onu sevirdi. Heç vaxt onun haqqında narazılıq eşitmədik. Şəhidliyi bizi kədərləndirdi, amma eyni zamanda qürurlandırdı. Onun ruhu üçün məhəllədə yaşıllıq saldıq, süni bulaq düzəltdik. O bulaqdan axan hər damla su Nicatın təmiz ruhunu xatırladır”.



Nicat Şükürlünün igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

O, doğulduğu Badamdar qəsəbəsində dəfn edilib. Məzarı üzərində daim təzə güllər, başı üzərində dalğalanan üçrəngli bayraq onun əbədiyyət nişanəsidir.

Oktyabrın 12-də Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri universitetin məzunu, qəhrəman şəhid Nicat Şükürlünün məzarını ziyarət ediblər.
Tələbələr onun ruhuna dualar oxuyub, məzarı önünə qərənfil dəstələri düzüblər. Onlar üçün Nicat təkcə bir məzun deyil, həm də “Azərbaycan gəncliyinin simvolu”dur.

Bu gün Nicatın adı təkcə Səbaildə, Slavyan Universitetində deyil, bütün Azərbaycanda insanların ürəyində yaşayır. Onun hekayəsi gənc nəsillərə vətən sevgisinin, cəsarətin və əqidənin nə demək olduğunu anlatmaq üçündür. O, ölümü seçmədi – azadlığı seçdi. Onun şəhidliyi bu torpağın azadlığına, bu xalqın qüruruna çevrildi.



Hər dəfə Xocavənd, Füzuli və Hadrut adları çəkiləndə Nicatın da adı səslənir. Çünki o, bu adları azadlıqla yazdı.

Şəhidin məzarı önündən əsən külək bir mesaj kimi səslənir:

“Biz buradayıq, torpaq azaddır - siz rahat uyuyun”.

Zəhra
XəzərNews.az





Xəbər 2674 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +