Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


13.10.2025  15:21 

Ərdoğandan azərbaycanlılarla bağlı – Mühüm qərar





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Əsasnaməyə dəyişiklik edilməsi” barədə qərar imzalayıb.

XəzərNews.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə qərar “Rəsmi qazet”də dərc edilib.

Yeni qərarın tətbiqi ilə türk soylu icmalardan olan şəxslər Türkiyədə daha geniş hüquqlara malik olacaq.

Qərara əsasən ,türk soyluluğun müəyyənləşdirilməsi: Hər hansı bir şəxsin və ya icmanın “türk soylu” hesab olunması bundan sonra birbaşa prezident qərarı ilə müəyyən ediləcək.

Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən, türk əsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilməsi üçün aşağıdakı şərtlərin hamısı təmin edilməlidir:

- Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi verilməlidir,

- Müəyyən peşə və sənət üçün qanunların tələb etdiyi xüsusiyyətlərə malik olduqlarını Türkiyənin aidiyyəti orqanlarından alınan sənədlərlə sübut etməlidirlər,

- Təhsil səviyyəsini göstərən xarici ölkədəki məktəblərdən verilmiş diplomların müvafiq qurumlar tərəfindən təsdiq edilmiş ekvivalentinə malik olmalıdırlar,

- Həmin peşə ilə məşğul olmaqda heç bir təhlükəsizlik problemi olmamalıdır,

- Əcnəbilər üçün açılacaq xüsusi registrlərdə əhalinin uçotunun aparıldığını sənədləşdirmək.

- Xarici ölkələrdən alınmış peşə üzrə mütəxəssis sertifikatlara malik olmaları müvafiq qurumlar tərəfindən təsdiq olunmalıdır,

- Prezidentin fərmanı ilə müəyyən edilən türk soylu icmadan olmalıdır,

- Vətəndaşı olduğu ölkədə asılı olmayan səbəblərdən peşə, sənət və ya işini icra edə bilmədiyinə görə Türkiyədə yaşamağa məcbur qalmalıdır.

- Vətəndaşı olduğu ölkənin əhalisinin böyük əksəriyyətindən fərqli etnik və mədəni kimliyə malik olmaq (Bu bəndin nəyi ifadə etdiyi anlaşılmır – red).

Həmin Əsasnamənin 20-ci maddəsinin birinci abzasındakı “Nazirlər Şurası tərəfindən” ifadəsi “Prezident tərəfindən” sözü ilə əvəz edilib.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, bu dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi türksoylu icmalardan olan şəxslər Türkiyədə “əcnəbi” kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar.

Xəbər 1366 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +