Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


11.10.2025  14:59 

Qaradağda palçıq vulkanı püskürüb





A+  A-

Bakı şəhərinin Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında palçıq vulkanı püskürüb.

XəzərNews.az xəbər verir ki, hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olub. Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə əraziyə baxış keçirilib.

FHN-dən bildirilib ki, baxış zamanı vulkan ərazisində alov müşahidə edilməyib və ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükə aşkarlanmayıb. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, püskürmə hadisəsi bu gün, saat 08:27-də Qaradağ rayonunun Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) də hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 11 oktyabr 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Püskürmə üç fazada qeydə alınıb:

Birinci faza – saat 08:27-də başlayıb, 08:37-də başa çatıb (10 dəqiqə);

İkinci faza – saat 08:39-da başlayıb, 08:51-də başa çatıb (12 dəqiqə);

Üçüncü faza – saat 09:02-də başlayıb, 09:06-da sona yetib (4 dəqiqə).

RSXM-nin məlumatına görə, püskürmənin dərinliyi 4 kilometr, ayrılan ümumi enerji isə 2.19×10⁷ coul olub. Hadisə Mərkəzin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Xəbər 946 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +