Rusiya özünü Qərbə qəbul etdirmək istəyir. Ukraynada baş verənlərin ideoloji əsasları bir neçə il əvvəl qoyulmuşdu. Qərb RF-i özündən uzaqlaşdırmaq istəyirdi; Rusiyanın mədəniyyətini inkar etdi. Avropaya dahi bəstəkarları, filosofları, ədibləri olan bir millət mədəniyyəti olmayan toplum kimi göründü. Yalnız Fransanın mövqeyində nisbətən yumşaq yanaşma var idi. İngilislər inkar edirdi, almanlar isə o mövzuda o qədər də çox danışmağı xoşlamırdılar. Bu vəziyyət son 30 ilin məhsuludur. Rusiyada belə vəziyyətin formalaşması V. Putinin tam rəhbərlik etdiyi dövrə düşür. V. Putin son illərdə Rusiyada, bəlkə də rus tarixində daxili müxalifəti olmayan yeganə lider olub. M. Qorbaçovun başladığı işlər, B. Yeltsinin dövründə gedən daxili mübarizələr Putin üçün ölkənin daxilində müxalifətin rolunu, təsirini minimallaşdırmışdı. Heç bir prezident Rusiya xalqına V. Putin qədər təkbaşına rəhbərlik etməyib.
V.Putinin Qərb istiqamətində apardığı mümkün qədər yumşaq siyasəti Qərbi Rusiyanın daxilinə daha çox gətirdi. Söhbət casus və ya Rusiyanın daxilində yaradılan qruplardan getmir (bu da var), əsasən Qərb dünyasının 70 ildə bağlı qalan cəmiyyətlə daha dərindən tanışlığından gedir. Bəlkə də Alla Puqaçova kimi musiqiçi Qərblə Rusiyanın münasibətlərinin açıq olduğu dövrdə olsaydı, məşhur qruplardan da artıq populyar ola bilərdi. Ukrayna müharibəsi dövründə Rusiyanın aparıcı mədəniyyət təmsilçilərinin ölkədən qovulması Qərbin Rusiya barədə neqativ ehtimallarını ciddi sübut edən parametrə çevrildi. Bu gün daha əyani dəlillər göz önündədir.
Britaniya imperiyası və Qərbdə inteqrasiya: Rusiyadakı qarşılaşdırma
İngilis böyük imperiya yaradıb və uzun müddət də imperiyalı dövlət olub. İmperiyası bütün dünya coğrafiyasını əhatə edib. Gözümüzün önündə olan misal Hindistan və Pakistandır: vaxtilə İngiltərənin qamçısı altında yaşamış hindli və pakistanlının nəsli indi Böyük Britaniyaya, Londona rəhbərlik edir. ABŞ-da çox sayda hind mənşəli konqresmen var. Hətta vitse-prezident hind mənşəli idi. İngilisin qamçısının altında olan pakistanlı, hindistanlı bu səviyyəyə qədər inkişaf edə bilib. RF-in nəzarətində olan MDB xalqları bu gün hamamda uzadılıb, üstündə yeriməyə yarayır, başqa bir funksiyası yoxdur. Fərq göz qabağındadır. Əgər Qərbdə, MDB məkanında kimsə bunu arqument kimi görmək istəmirsə, o rus xalqına qarşı daha böyük pis niyyətdədir.
Rusiya istənilən anda bu mövzunu aradan qaldıra bilər. Amma təkcə savadsız, sadə miqrantlardan söhbət getmir. Rusiyada orta səviyyədə müəssisə rəhbəri olan qeyri-millətin ali məktəbə daxil olan təmsilçisini də ali məktəbə götürmürlər; balın azaldıb, uzaqlaşdırırlar. Deyirlər ki, o qeyri-millətdir; o, rusun ruhunu, qəlbini anlaya bilməz, ona görə burada oxumamalıdır. Bu, universitet kontingentinin düşüncə tərzidir.
Söhbət Yekaterinburqda tanınmış, imkanlı, savadlı, cəmiyyətin həyatında vacib rol oynayan, rus cəmiyyətinə, xalqına faydalı olan adamların başına açılan oyundan getmir. Bu bəlkə də bir epizoddur. Orta səviyyəli vəzifədə olan qeyri-millət təmsilçilərinin vəziyyəti bəzən miqrantlardan daha ağır olub; sanballıdır, təmkindir, mövzunu bayıra çıxartmayıb. İllərlə Rusiyada müəssisə rəhbəri, hansısa sahəyə rəhbərlik etmiş adam bu gün orta səviyyədən artıq yaşaya bilmir. Sanki pulunun müəyyən bir miqdara çatmasını gözləyirlər. Rusiya xüsusi xidmət orqanları pulu almalıdır; almayacaqsa, digər qeyri-millətin nümayəndəsi ilə qarşıdurmaya getməlidir.
Hindistandan gəlmiş şəxs İngiltərə vətəndaşlığı alır, müəssisə yaradır. Müəssisənin bank hesablarını Hindistanda yaradır, İngiltərədə qazandığı gəlirin bir qismi Hindistana keçir və Böyük Britaniyada hətta Baş nazir ola bilir. Belə misalı Rusiyada heç kəs tapa bilməz. Tək İngiltərə deyil, Avropa dövlətləri içərisində çoxlu imperiyası olan xalqlar var, qısa müddətli olublar. Azərbaycanlı sülaləsi Səfəvilər Bəndər Abbası danimarkalılarla başladılar, ingilislərlə qurtardılar. O zaman danimarkalılar, hollandiyalılar özlərini bütün dünyanın ağası hesab edirdilər; gəmiçilik yaxşı inkişaf etmişdi.
Fransa əhalisinin təxminən yarısı Əlcəzairlidir, Fransanın vaxtilə müstəmləkəsi olmuş dövlətdən çıxanlardır. Əgər neqativ münasibət varsa da, bu ümum-vətəndaş kontekstindədir. Müsəlmanların hicabına görə etiraz normal şüuru olan müsəlman tərəfindən də düzgün qəbul olunur: hicab geyinmək, müsəlman qaydası ilə yaşamaq istəyirsənsə, ölkəndə qal; əgər Avropaya çıxmısansa, onların yaşayış tərzini qəbul etməlisən. Avropa küçələrində müsəlmanlar namaz qılır. Namaz qılmağın 3 vacib şərti var: yerin islami baxımdan təmizliyinə əminlik; ibadət zamanı təhlükəsizliyə əminlik; və ibadətə eyham-təzyiq olmayacağına əminlik.
MDB, Qafqaz, Azərbaycan və İran təsiri
MDB məkanında, yəni “Rusiya imperiyasının” ərazisində indi gərgin, rüsvayçı vəziyyətdir. Bu, V.Putinin hakimiyyəti dövründə baş verib. Kreml MDB xalqlarına, qeyri-rus xalqlara qarşı tamam fərqli siyasətdədir. Çeçenlər, Dağıstanın əhalisinin bir qismi Kreml məmurları tərəfindən korrupsiya oyununa cəlb olundu. İndi ən ciddi sosial-məişət problemlərinin olduğu regionlardır. Dövlət büdcəsindən İnquşetiyaya, Dağıstana vəsait ayrılıb; Dağıstanda bu gün külək əsən kimi elektrik enerjisi kəsilir. Bu, Kremlin Qafqaz xalqlarının avamlığından, pulu “tanımamağından” istifadə edərək açdığı oyundur. Kremlin sağlam hissəsi buna nəzarət etməli idi, etmədi.
Azərbaycan bu gün MDB məkanında orijinal vəziyyətdə olan dövlət və xalqdır. Çünki heç bir xalqa Rusiya ilə münasibətinə görə çox təzyiq altındadır. Azərbaycanda 1990-cı ilin yanvarında doğulmuş uşaqlar bu gün valideyndirlər; övladları ilə rus dilində danışırlar, təhsil də rus dilindədir. Türk, amerikalı, ingilis bunun mahiyyətini başa düşə bilmir. İran isə ümumiyyətlə qəbul etmir. İran özünü “ağıllı” göstərir ki, mən tədricən rus dilini Azərbaycandan çıxartmalıyam. “İgidlər Yurdu Qafqaz” və s. verilişlər bundan ötrüdür. “Azərbaycanlılardan Rusiyaya qarşı istifadə etməliyəm” siyasəti də gedir.
İranda Azərbaycan Respublikasından gedən azərbaycanlılarımız var, az deyil. Onların bir qismi ölkəmizə qayıda bilmir, çünki yüksək dini təhsil alıblar; İranı yaxşı tanıyırlar.
Tehranda olan azərbaycanlıların bir qismi elitaya yaxındır. İranın ali rəhbəri azərbaycanlıdır; ətrafında, yəni İran azərbaycanlılarının sayı az deyil. Bizim azərbaycanlılarımızın arasında müəyyən bir doğmalıq var. Bizim azərbaycanlılar İran dövlətinə xidmət etməyi borclu bilir. Xidmət iki predmet üzrədir:
1. Prezident İlham Əliyevin əleyhinə çalışmalıdırlar.
2. Rusiyanın əleyhinə olmalıdırlar.
Onlar da bu işlə məşğul olurlar. Moskvada bir qrup azərbaycanlı dindar İranın təsiri ilə işləyir və onlardan kimsə əgər Rusiya hökumətinə inanırsa, açıb vəziyyəti deyə bilər. Moskvada yaşayan azərbaycanlılar İrana xeyli pul göndərirlər. İranın Azərbaycan, Rusiya, MDB məkanında təbliğat mexanizmi məhz Rusiyadan azərbaycanlıların göndərdiyi pulun hesabına işləyir. Casusluq etmək İran üçün yemək və digər fizioloji aktlar kimi fizioloji aktdır. İranın Rusiya ərazisində iqtisadi obyekti varsa, daha çox yumşaq təsir, casusluq obyektidir. Xüsusilə Qafqazda azərbaycanlılarımızdan çox istifadə edirlər. Rusiya ilə Azərbaycan arasında son gərginləşmədə üzə çıxan faktlardan biri: Rusiyanın adından Azərbaycanı hərtərəfli təhlil edən, Rusiya–Azərbaycan münasibətlərini korlamaqdan ötrü ciddi “elm tutumlu” görünən material hazırlamaqla məşğul olan qruplar var imiş. Əgər onları Kreml maliyyələşdiribsə, Kremlin hansısa korrupsiya mexanizminə aiddirsə, açıb desinlər.
Rusiya ətrafındakılara, özünə qoşduğu xalqlara münasibətini Qərb standartlarına uyğunlaşdırmalıdır. Əsil mədəniyyət budur. Bununla da Rusiyanın mədəniyyəti tanınacaq və V. Putinin o istiqamətdə çəkdiyi əziyyətlər hədər getməyəcək. Yoxsa özbək, qırğızı, qazaxı müharibəyə göndərmək, “hamamda üstündə gəz”, obyektə girib təhqirli çirkab atmaq - bunlar Qərbin indiki Rusiyaya münasibətinə haqq qazandırandır. Bu işdə hansı Rusiya vətəndaşının rolu varsa, V. Putin onu aşkarlamalıdır.
Azərbaycan Rusiya ilə əlaqələrə ciddi ehtiyacı olan dövlətdir. Rusiyanın da Azərbaycana çox ciddi ehtiyacı var. Bu gün Azərbaycan çox vacib geosiyasi, geoiqtisadi məkanda yerləşir.
Azərbaycanı çar Rusiyası və sovet dövründə də Yaxın Şərqin qapısı hesab ediblər. Azərbaycan yerindən köçməyib; həmin yerindədir. Ətrafında da hansısa dövlət yerini dəyişməyib. Azərbaycana yuxarıdan aşağı baxmaqla, xalqına zülm etməklə normal münasibət əldə etmək mümkün deyil.
Rusiya bunlar barədə düşünməlidir. RF MDB məkanında yeni idarəçilik formatı qurmalıdır. Yeni format qurulmadığı üçün artıq bəzi milli mövzular Rusiyanın daxilinə keçir. Artıq Rusiya kazakları Kalininqradı qorumağa göndərir; başqa bir region üçün bu işi görə bilər. Qazaxıstan anklav, esklav ərazidir. Şimali Qafqaz hansı prizmadan baxırsansa həm anklav, həm də esklavdır. Şimali Qafqazda ərəblərin, türklərin maraqları var; hamısından daha çox təsiri olan ölkə İrandır. İran ümumilikdə Qafqazı özünün tarixi ərazisi hesab edir: “İran zəif idi, Rusiya güclü idi, Qafqazı işğal etdi; indi Rusiya zəifdir, mən də öz Qafqazımı geri qaytarmalıyam”.
İranın anlamında Qafqaz Stavropola Kizlər (Qızlar) stansiyasına qədər ərazidir.
İranın Ermənistana hərtərəfli, xüsusilə hərbi dəstəyinin mahiyyətində anti-Azərbaycançılıq var, amma ən əsas məqsəd Qafqazı Rusiyanın təsirindən çıxarma prosesini Ermənistandan başlamaqdır. Çünki Ermənistan zəif həlqədir. N. Paşinyanın da Rusiyanı Ermənistandan qovmaq arzusu var; bu mövzuda İranla Ermənistan rəhbərliyinin arzuları üst-üstə düşür. Ermənistan ABŞ-ı İranın Rusiyanı Ermənistandan çıxarmağa gücünün çatacağına inandırıb. İranın hərbi gücünə söykənib ER Təhlükəsizlik Şurasının katibi A. Qriqoryan bu mövzunu Litva vasitəsilə ABŞ-la razılaşdırdı. New-York Times İranın Ermənistandakı səfirindən - səfir M.Sübhani - müsahibə götürdü; o, İranın Rusiya ilə müttəfiq olmadığını, lazım olanda əməkdaşlıq edən dövlətlər kimi təqdim etdi.
Yaxın Şərqdə gedən cari proseslərdə Rusiya çox mövzularda uduza bilər və uduzması da güclənə bilər. Rusiyanın lazımi mütəxəssisləri yoxdur; sovet dövründə qurulmuş ideologiyadır. İran istəsə, Qərbin rolu ilə gedə bilər; çox orijinal, aşağıdan yuxarıya qədər istənilən metod ortaya qoya bilər. Rusiyanın İran üzrə mütəxəssisi yoxdur; mütəxəssisləri ermənilərdir - onlar da özlərinə sərf edən kimi. Ermənistanın özündə olanları kənara qoyaq. Karine Gevorkyan “bütün Qərb yığışıb İrana qarşı müharibəyə hazırlaşır”, “Qərb artıq Rusiyanın başına anakonda ilgəyi sarıyıb” kimi fikirlər səsləndirir; Rusiyanın əleyhinə istənilən fikri səsləndirə bilər, Sepahın sözçüsüdür. Rusiya hədsiz çox iş görməlidir.
İran ABŞ prezidenti D.Trampın İranla əlaqəli fikrini hər şeydən üstün tutur; ABŞ-ın regionda canişini olmaq istəyir. Hazırda ABŞ tərəfindən verilən əsas tapşırıq da anti-Rusiyaçılıqdır. İran bir neçə gün ərzində D. Trampın “İsraillə İbrahim müqaviləsinə qoşul” təkliflərinə birbaşa danışıq vasitəsilə yox demədi. D. Tramp üçün başağrısı hesab olunan Rusiya istiqamətində siyasətinə qoşuldu və hazırda anti-Rusiya fəaliyyət göstərir.
Fars körfəzi-Ərəb ölkələrinin Məşvərət Şurasının Rusiyada keçirilməsinə reaksiya hesab edilə bilməz. Çünki artıq orada İranı narahat edən əsas Birləşmiş Ərəb Əmirliklərinin üç ada mövzusudur. Bu mövzuda Böyük Britaniyanın ortaya girməsi, bəzi Avropa dövlətlərinin də 3 adanın BƏƏ-nin ərazisi hesab etməsi Rusiyanın o mövzuda mövqeyindən daha təsirlidir.
İran siyasi intriqaya, mübarizəyə, şərləməyə sadiqdir, ərazi bütövlüyünü müdafiə etməyə sadiq deyil. Üç adanı BƏƏ-nin tərkib hissəsi kimi tanıyan Ermənistana İranın münasibəti bunu göstərir. İranın Küveyt və Səudiyyə Ərəbistanı ilə də mübahisəli ərazisi var; Ermənistan onu da Küveytin tərkib hissəsi kimi tanıyır.
Erməni faktoru, elita təsirləri və SSRİ...
Rusiyanın MDB məkanına münasibətdə vacib arqumentlərindən biri MDB dövlətlərinin Qərbə meyllənməsidir. Biz azərbaycanlıyıq. Nə inkişafımız olubsa, bu çar Rusiyası və sonra da sovet dövründə olub. Biz ermənilər kimi dünyaya səpələnmiş millət deyilik; torpağımızı sevənik. Valideynlərin təsir dairəsində, eyni aurada yaşamağa üstünlük verən millətik. Bəlkə də inkişafımızın səbəbi də bundadır. Səpələnmək bizim milli xüsusiyyətimiz deyil, ona görə də bizi o qədər tanımayıblar. Ermənilər Azərbaycana qarşı mübarizəyə başlayanda bəlkə də başqa regionlar seçilə bilərdi. RF-in tədqiqatçıları, tarixçiləri var. Bu gün onlar erməni tarixini bilirlər və çox təəssüf ki, bildikləri erməni tarixi də rus xalqının xeyrinə deyil, rus xalqının digərləri ilə düşmənçilik yaratması istiqamətində sərf edirlər. Bilirlər ki, ermənilər rus xalqının başına nə qədər oyunlar açır.
Ermənilərin bizim regionumuzda olmasının səbəbi çar Rusiyasıdır. Çar Rusiyası erməniləri gətirdikcə Azərbaycan torpaqları azalırdı. Ermənilər çar Rusiyasının ərazisinə köçürülməklə həm dini, həm də siyasi baxımdan dəfələrlə problem yaradıblar.
Erməninin dini apostol pravoslavlığıdır, yəni erməni dininin Həzrəti İsanın ətrafına bağlılığı var. Ermənilər özlərini Vatikandan əvvəl ilk xristianlığı qəbul edən dövlət hesab edirlər. Ermənilərə görə Rus pravoslavlığının Həzrəti İsaya bağlılığı yoxdur, bu sünidir.
Erməni kilsəsinin belə mövqeyindən Qərbdə çar Rusiyası, sovet dövründə də istifadə ediblər. Ermənilər Rusiyaya qarşı daim Qərbin əlində alət olub. Konfliktogenlik, başqasının əlində alət olmaq erməninin xüsusiyyətidir. İran şahlarının da saraylarında 1000-2000 il əvvəl ermənilər həmişə intriqalar yaradıblar. Erməni xalqının tarixi ilə bağlı deyilənlər 10-20 erməninin İranın şah sarayında qaldırdığı intriqanın bədii təsvirindən başqa bir şey deyil.
Osmanlı imperiyasında 11 erməni nazir var idi, səhv etmirəmsə 6 nəfər də nazir müavini milliyyətcə erməni idi. Ermənilərin adı “milləti-sadiqə” idi. Osmanlı imperiyası 3 qitədən torpaq götürmüşdü, çox sayda qeyri-müsəlman var idi. Bütün qeyri-müsəlmanlara cizyə - din vergisi - qoymuşdu, ermənilərə qoymamışdı. Ermənilər Avropanı, Rusiyanı gəzib, Osmanlının xeyrinə casusluqla məşğul idilər. Hətta Avropada ermənilər katolik kilsələri dağıdıb, yerində məscid tikilən hallar var. Osmanlının Bolqarıstan, Rumıniyada etdiklərini diqqətlə öyrənin.
Erməninin məqsədi rusu gözdən salmaq, rusa problem yaratmaqdır. Bir qrup adam rusun öz içində yarı-erməni mənşəlidir və digər dərəcədə erməniyə bağlıdır. Rusiya elitasının, xüsusilə Moskvada yaşayan hissəsinin ya evində, ya bağında, ya maşınında və ya kabinetində erməni mövcuddur. Sanki erməni Rusiyanı idarə edir. Çar Rusiyası erməniləri rusları idarə etmək üçün gətiribmiş. Erməni düşüncəsinə görə rusu xristianlaşdıran, sivilləşdirən ermənilərdir - İstanbul patriarxının qızı Annanın Knyaz Vladimirə ərə getməsidir.
S.Solovyov həm Rusiya, həm də İtaliya vətəndaşlığının, İtaliya və Fransada mülkləri olduğunu etiraf edib. Hesab edək ki, Rusiyada Qərbin heç bir agenti, casusu yoxdur; rusların fikrincə, Azərbaycanda var. Solovyovun dediklərini Azərbaycanda olan Qərbin casusu eşidir ki, o, ancaq ermənini müdafiə edir. Solovyov bildirir ki, həm də İtaliya, Fransa vətəndaşıyam və orada evlərim var. Azərbaycanda olan Qərb casusu bunu öz ölkəsinə yazır; oradan da adam gəlir Solovyova tapşırıq verir ki, “düz yoldasan, Rusiyanın digər xalqlarla münasibətini korla”.
Konstantin Zatulin RF Dövlət Dumasında komissiya sədridir. K. Zatulin R. Köçəryanın köynəyinin ətəyindən tutub Ermənistanı gəzdiyi vaxtda Köçəryan (ABŞ yox, məhz Köçəryan) ABŞ-ın dünyada Ermənistanda ikinci ən böyük səfirlik binasını tikdi. Bu neçəyə başa gəldi, R. Köçəryan bura nə qədər pul qoydu, hansı erməniləri cəlb etdiyini Zatulin bilirdi. O, dəqiq bilirdi ki, R.Köçəryan Xodorkovskinin, YUKOS-un pullarını xarici banklara necə köçürüb (təxminən 4,5-5 milyard dollar). Xodorkovskinin pulunun çıxışına V.Putin qadağa qoymuşdu; Putinin qadağasını R.Köçəryan pozdu, əsas məsləhətçisi də K.Zatulin idi. Ermənistanı neftlə təmin edən Rusiyanın neft şirkətlərini, “Sibiravia” kompaniyasını R.Köçəryan vergi yoxlamaları ilə ölkədən qovdu, mülkiyyətini isə dostunun hesabına keçirdi. K.Zatulin nəsə deyibmi?!
MDB məkanında hamı Baltikyanı ölkələrin rus dilinə qarşı kampaniyasından danışdı. Rus dilinə, mədəniyyətinə ən sərt kampaniya Ermənistanda reallaşdırıldı. Bəlkə də Qərbdə rus mədəniyyətinə qarşı inkarçılığın təməli oradan qoyulub. K.Zatulin, S.Tarasov, M.Kolerovun mövqeyi: onlar çox rahatlıqla Rusiyanın MDB məkanındakı dövlətlərlə münasibətində problem yaratmaqla məşğuldurlar. MDB məkanında ən problemli regionlar vaxtilə K. Zatulinin məşğul olduğu regionlardır. K. Zatulinin üç ailəsi var; ikisi (səhv etmirəmsə) Avropadadır, biri Rusiya ərazisindədir. Bu ailələrini erməni pulu ilə saxlayır; onu RF-in maraqlarına yox, Qərbin maraqlarına xidmət etməyə məcbur edir. Onun müavini də arada Azərbaycanın üstünə “hürür”: birinci növbədə rəisinin üstündə nəzarət qursun, sonra Azərbaycana sataşsın.
SSRİ-nin dağılması Ermənistandan başladı. “İvan, şinelini götür, get evinə”, “İvan, çamadanını götür, get evinə” şüarları 1988-ci ildə Yerevanda Teatr meydanında ab-havanı müəyyən edirdi. Sovet ordusunun ilk Ermənistan ərazisini tərk etməsi faktdır. İngilislərin planına uyğun olaraq çar Rusiyası dövründə Qriboyedovun evinə hücum edib onu öldürən də İranda yaşayan ermənilər idi. İndi belə hadisələr ola-ola rus rəsmisi Azərbaycanda Qərbin casusunu axtarır; Qırğızıstan, Qazaxıstan, Özbəkistanda da eyni.
Və son olaraq...
Rusiya ətrafındakılara, özünə qoşduğu xalqlara münasibətini Qərb standartlarına uyğunlaşdırmalıdır. Əsil mədəniyyət budur. Bununla da Rusiyanın mədəniyyəti tanınacaq və V.Putinin o istiqamətdə çəkdiyi əziyyətlər hədər getməyəcək. Yoxsa özbək, qırğızı, qazaxı müharibəyə göndərmək, “hamamda üstündə gəz”, obyektə girib təhqirli çirkab atmaq - bunlar Qərbin indiki Rusiyaya münasibətinə haqq qazandırandır. Bu işdə hansı Rusiya vətəndaşının rolu varsa, V. Putin onu aşkarlamalıdır.
Azərbaycan Rusiya ilə əlaqələrə ciddi ehtiyacı olan dövlətdir; Rusiya da Azərbaycana ehtiyaclıdır. Normal münasibət yuxarıdan-aşağıya baxışla qurulmur. RF MDB məkanında yeni idarəçilik formatı qurmasa, risklər ölkənin öz daxilinə sirayət edəcək.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 642 dəfə oxunub.