Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


03.10.2025  17:59 

Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO





A+  A-

Abşeronu rayonu, Xırdalan şəhəri, Akademik Həsən Əliyev küçəsinin yolu bərbad durumdadır.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Sitat.info sakinlərin şikayəti üzrə həmin əraziyə baş çəkib.

Bakı-Sumqayıt şosesi ilə Xıralan şəhərini birləşdirən yol qəzalı və təhlükəli vəziyyətdədir. Yolun təxminən 2 kilometrə qədər hissəsində dərin çalalar yaranıb. Sakinlər bildirirlər ki, yağış suları bu çallara yığılaraq gölməçələr yaradır.

Çəkiliş zamanı daha bir məlumat da əldə etdik. Sakinlər bildirdilər ki, icra başçısı Abdin Fərzəliyev iki həftə öncə, yəni sentyabrın 19-da bu ərazidə olub. O, bu ərazidə yerləşən özəl şirkətlərin birinə səfər edib.

Məsələni dəqiqləşdir mək üçün apardığımız qısa araşdırma zamanı da bəlli oldu ki. icra başçısı həqiqətən adıçəkilən ərazidə olub, buna dair var.

Yəni, başçı yolun bu vəziyyətindən xəbərdardır. Belə ki, əraziyə gələrkən öz avtomobil korteji ilə bərbad durumda olan yoldan keçib. Sakinlər icra başçısının avtomobilinin qəzalı vəziyyətdə olan yoldan keçərkən dərin çalalara düşməsindən məmnundurlar. Ümid edirlər ki, ən azından Abdin Fərzəliyev problemin fərqinə varıb müvafiq addılar ata bilər. Lakin həmin gündən iki həftə keçməsinə baxmayaraq, icra başçısı yolun düzəldilməsi ilə bağlı hər hansə bir təşəbbüs göstərməyib.

Videoreportajı təqdim edirik:



Xəbər 2202 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +