Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


03.10.2025  14:25 

Bakıxanovda ölüm saçan yol - Hər an fəlakət yaşanır - VİDEO





A+  A-

Nizami rayonu, Məmmədəli Şərfli küçəsi 9-dan Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi istiqamətində hərəkət edən avtobuslar günlərdir ciddi problemlə üzləşiblər. Təkcə ictimai nəqliyyat deyil, bu ərazidə yaşayan sakinlər də böyük çətinlik çəkirlər.

Belə ki, bir neçə yolun kəsişməsi olan bu ərazi tamamilə su ilə dolub və nəqliyyatın hərəkətini praktiki olaraq mümkünsüz hala gətirib. Paytaxta bir neçə gün əvvəl yağan yağış suyu hələ də ərazidən çəkilməyib - bəzən bu su aylarla burada qalır və ətraf üçün ciddi təhlükəyə çevrilir.

XəzərNews.az xəbər verir ki, sakinlər "TV Müsavat"a dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, məhəl qoyulmadığını deyiblər. Onların sözlərinə görə bu vəziyyət hər an faciə ilə nəticələnə bilər. Qeyd edirlər ki, avtobusda sərnişin sayı bir qədər artıq olanda, nəqliyyat vasitəsinin aşması real təhlükəyə çevrilir. Musavat.com həmin ərazidən çəkilən videomaterialı təqdim edir.

Mövcud problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumdan bildirilib ki, qeyd olunan və digər ünvanlarda yaranan problemlə bağlı aidiyyəti dövlət qurumu - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məlumat verilib:

”Problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq quruma məlumat təqdim olunub. Həllinə köməklik göstərilməsini xahiş etmişik”.




Xəbər 2278 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +