“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


30.07.2025  11:07 

Oğul içkiyə görə anasını döydü





A+  A-

Bakının Suraxanı rayonunda ana və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.

XəzərNews.az Demokrat.az-a istinadla xəbərə verir ki, hadisə bu ilin martın 15-də baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Sakit Vəliyev həmin gün gecə saat 01:00-da evində anası Qəmərin ona spitli içki içməsinə iradını bildirməsi və spirtli içki alması üçün pul vermədiyindən əsəbləşib.

O, qəsdən yumruğu ilə arvadının baş və bədəninin müxtəlif nahiyəsinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən S. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə birlikdə yaşayır, həyat yoldaşından boşanıb: “Son zamanlar özümə iş tapa bilmədiyimdən və maddi sıxıntılarımın olduğundan hər gün yaşadığım evdə spirtli içki araq içirmişəm. Martın 15-də, saat 01:00-da yaşadığım evdə yemək yedikdən sonra bir qədər spirtli içki araq içmişəm. İçki bitdikdə yenisini almaq istəmişəm və pulumun olmadığı üçü anamdan pul istəmişəm. Anam spirtli içkinin zərərli olduğunu deyərək, içki almağım üçün mənə pul vermədiyindən əsəbləşdim. Onun üzərinə hücum çəkərək yumruqla üzündən və bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurmuşam. Zərbənin təsirindən anam yerə yıxıldı. Bundan sonra öz otağıma keçərək yatdım. Səhəri gün anamdan üzr istəsəm də, anam məni bağışlamayacağını dedi”.

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, ana oğluna qarşı şikayətini geri götürüb.

Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Xəbər 87 dəfə oxunub.



30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +