Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


14.05.2025  10:01 

İRAN ÜÇÜN KONSENSUS STRATEGİYASI...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Mübariz Əhmədoğlunun bu gün səsləndirdiyi fikirlərin qısa yazılı məzmununu təqdim edirik:

- İran-ABŞ münasibətləri mürəkkəb vəziyyətdədir. Yeganə ümidverici hərbi gərginliyin birbaşa işə qoşulmamasıdır. Bu da istisna deyil. İran-ABŞ dialoqu ərəb qonşularını da müasir və tarixi iddiası ilə İranın üstünə qaldırdı. İndi yaranmış vəziyyətin müharibəsiz həllini təsəvvür etmək qeyri-mümkündür. Sadəcə müharibənin başlama zamanından, iştirakçılardan və şiddət dərəcəsindən danışmaq olar.

İran hərb əməliyyatının mahiyyətinə dəqiq varmalıdır, xüsusilə hakimiyyətdə olanların böyük hərbi təcrübəsi yoxdur. Gücünü bir neçə dəfə artırmaqla ərəblərlə müharibədə İranın ən yaxşı uğuru “Pirr qələbəsi” ola bilər.

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi M.Bagirinin son açıqlaması İranın hər an müharibə gözlədiyini göstərməklə yanaşı, SEPAH-ın sıradan çıxmasının mesajını verməsi kimi yanaşmaq olar. İranın Müdafiə Nazirliyi və SEPAH artıq vahid qüvvədir. Təbii ki ali rəhbərə tabedir və baş qərargah tərəfindən də idarə olunur.

İranın siyasətçi hərbi rəhbərliyi vəzifədən uzaqlaşdırılmalıdır. Bunun ardınca İran hansı qonşu dövlətin ərazisində ABŞ və İsrailin bazaları barədə məlumatlarını açıqlasa faydalıdır. Bəlkə qarşılığı oldu.

Rusiya ABŞ-ı İrana qarşı müharibədən çəkindirici addımlardan istifadə etmir. Əksinə, verdiyi bəyanat bəlkə də ABŞ üçün yolu açır. ABŞ-ın tutduğu mövqe İranın siyasi diplomatik imkanlarını xeyli genişləndirir. İranda indiki dövr üçün belə şərait yaranmadığına görə vəziyyətdən necə istifadə etməyi görmürlər. İran silkələnməli, qısa müddətdə özü üçün yeni komanda hazırlamalıdır və bu komanda da dərhal ortalığa strategiya qoymalıdır.

Əlbəttə, yeni komanda üçün bəlkə də illər lazımdır. İranda birinci növbədə normal siyasət aparmağa imkan verməyən qüvvələr ictimai-siyasi, dövlət həyatından uzaqlaşdırılmalıdır. Xarici siyasətdə mütərəqqi düşüncəli şəxslərin hərəkətlərinə yön verilməlidir. İran PA-da, XİN, hətta ali rəhbərin ofisində belə şəxslər var.

Yeni strategiya heç bir gücün iştirakı olmadan İranın vəziyyətdən məğlubiyyətsiz çıxış yolunu ortalığa qoymalıdır. Sonda ortalığa gəlsə də hər şeyi qarışdıra bilən amil lazım olsa ön plana çıxarılmalıdır. Söhbət ərəb dövlətlərinin İrana ərazi iddialarından gedir. Ərazi iddialarında ərəb dövlətləri özlərini haqlı bilsələr də əslində o zaman ərazi bölgüsü ingilis və amerikalıların iştirakı ilə həm ərəb dövlətlərinin bir-biri arasında, həm də İran arasında məhz bu gün xaos yaratmaq niyyəti ilə törədilmişdir.

İranın birinci addımı Bəhreyn də daxil olmaqla İranın ingilis, Amerikanın dövründə bir-birinə qarşı ərazi mübahisələri ciddi müzakirə olunmalıdır. İran lazım gəlsə bu polemikada iştirak etməməlidir. Bunun həllini ABŞ-ın üstünə qoymalıdır. Biz bunu İranın konsensus strategiyasının birinci addımı adlandırardıq. Ümumilikdə İranın indiki dövrdə uğuru yalnız konsensus vasitəsilə əldə oluna bilər. Çünki İranın tək ABŞ-la deyil, bütün dünya ilə problemi var. İranla problemləri olanların özlərinin də bir-biri ilə ciddi, bəzən hətta müharibə səviyyəsinə çatan problemləri var. Kim dözümlü konsensus modelində dayanacaqsa, o qalib çıxa bilər. Biz təklif edirik ki, İran dözümlü konsensus yolunda olsun.

İkinci addım konkret İran-ABŞ danışıqlarıdır. Burada İranın ABŞ-a kart blanş verməsinə həm çox yer var, həm də daha çox əsas var. Yaranmış vəziyyətdə İran tərəfi D.Trampın qarşısında tərifli İran xalqının inkişafı və təhlükəsizliyi naminə proqram, müqavilə ortalığa qoymağı xahiş etməlidir. Bunu bütövlükdə D.Trampın boynuna qoymalıdır. D.Tramp İran xalqının ünvanına mədhiyyə deyib. Həqiqətən də İran xalqı tərifə layiqdir. İran xalqı ömrü boyu ağlına gətirə bilməzdi ki, vaxtilə riyaziyyat, fizika, təbabəti kəşf edib, dünyaya təqdim edən alimlərin nəsilləri bu gün “copy pays” edib, raket və PUA yaratmaqla məşğul olacaq. İndi qədim elmi də silmək mümkün deyil, D.Tramp da bütün bunları bilir. İran onun üçün çox müsbət xalqdır.

D.Tramp Fars körfəzinin adını Ərəb körfəzinə dəyişdi. İran xalqı yaxşıdır, amma içərisində pisləri var. Pisin cavabını verməkdən ötrü mütləq “Ərəb körfəzi” termini gündəliyə gəlməlidir. Bunun daha böyük mənası var. ABŞ bununla yaxasını müharibədən çəkir və İranla müharibədə ərəb dövlətlərini irəliyə ötürür və ərəb dövlətlərinə də vədini verir. Regionda bütövlükdə “Fars körfəzi” termini işlənməyəcək, “Ərəb körfəzi” termini işlənəcək.

Üçüncü addım ABŞ-a ünvanladığı müraciətin surətini Ərəb ölkələrinə təqdim etməlidir. Fars körfəzi ərəb ölkələrinin qurumu var.

Bu artıq beynəlxalq diplomatiyada yeni vəziyyət yarada bilər. Bu artıq D.Trampın anlamında olan qədim İrandır. Farsın, azərbaycanlının, kürdün, türkmənin, ərəbin və s. birgə yaratdığı İrandır.

İran qısa müddət ərzində konsensus strategiyasına yiyələnməli, komanda hazırlamalı və prosesi buraxıb, dalınca izləməlidir. Məşhur oyun var, ağacı hərəkət etdirməklə şaybanın gedişinə təsir etmək.

İran diplomatiyaya o oyunu gətirməlidir.



Xəbər 473 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +