Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


04.09.2025  11:12 

Ali rəhbər Qərbi azərbaycanlıların Ermənistana qayıtmasına kömək edə bilərmi?





A+  A-

Axşam bəlkə də “Səhər-Azəri” kanalı yarananı ilk dəfə “Kompas” verilişində Naxçıvanın qazla təchizatı müzakirə olundu. 40 dəqiqə davam edən verilişdə heç bir siyasi, geosiyasi tutumu olmayan, sırf texniki mövzunun müzakirəsi təbii ki, Azərbaycana mesajdır.

Peşəkar kollektiv heç vaxt belə qərar qəbul edə bilməz. Bu yalnız yuxarıdan verilən göstərişdir. Belə başa düşürəm ki, bu il Azərbaycanın qalan hissəsindən Naxçıvanla İran ərazisindən olan əlaqələrdə ciddi problemlər yarana bilər. Bu əvvəlcədən gözlənilən idi.
İranın məqsədi anti-Azərbaycancançılıqdır. Zəngəzur koridoru mövzusunda bunu gizlədə bilirdi, indi artıq Zəngəzur koridoru Azərbaycanın iştirakı olmadan həllini tapdı.

Ermənistanın hüquqi ərazisidir və Ermənistan da İranı aldadaraq torpağını ABŞ-a icarəyə verdi. İranın əlində Azərbaycana qarşı bəhanə tükənib. Ona görə istər-istəməz digər bəhanələr axtarır. Onlardan da biri hansısa şeyi bəhanə edib, Naxçıvana avtomobil hərəkətini, qazı dayandırmaqdır. Çox böyük ehtimalla ölkəmizin profil rəsmiləri artıq Naxçıvanda zəruri ehtiyat yaratmaqla bağlı qərara malikdirlər. Bu iş bəlkə də artıq icra olunur. Əvvəldən bildiririk ki, ciddi bir problem olmayacaq. Naxçıvan əhalisinin hansısa bir hissəsi kimə və harasa müraciət etmək səviyyəsinə çatmayacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu ətrafında son dövrlərdə gedən işləri bu yöndə göstərmək olar. Bu yolla Azərbaycan qatarları, avtomobilləri Türkiyənin Qars regionuna və oradan məsafə uzun da olsa Naxçıvana qədər gəlib çatacaq. Ərazidə müəyyən ehtiyat yarana bilər. İranın Azərbaycanla bağlı bu mövqeyi faciəli vəziyyət yaratmayacaq.

Verilişdə siyasi ekspert qismində İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Saqqaiyan idi. Erməni mətbuatı həmişə onun soyadını Sagiyan kimi yazıb. İran-Ermənistan mövzusunda ən vacib acıqlamalar onun dövrünə düşdü. O, elan etdi ki, İran Qarabağ münaqişəsinin tənzimlənməsində ərazi bütövlüyünün tərəfdarıdır, bu zaman millətlərin öz müqəddəratını təyinetmə prinsipinin də rolunun bir az artıq olmasına çalışır. Bu tezisin müəllifinin İranın ali rəhbəri S.Ə.Xamenei olduğunu bildirdi. İndi də hazırda o ideya gündəlikdədir.

Rusiya artıq hesab edir ki, ərazi bütövlüyü prinsipi ilə millətlərin öz müqəddəratını təyinetmə prinsipi arasında məsafə çoxdur. Bunlar bir-birinə yaxınlaşmalıdırlar. Millətlərin öz müqəddəratını təyin etmə prinsipinin işləmə gücü artırılmalıdır. Bunu əsasən Qazaxıstan üçün nəzərdə tutmuşdu. Qazaxıstanda ruslar və rus dillilər daha asan Qazaxıstanın tərkibindən çıxa, bəlkə də muxtar federasiya, nəsə bir qurum yarada bilsinlər. Rusiya Qazaxıstanla bağlı bu mövqeyini beynəlxalq aləmə təqdim etdi. Çində də qlobal idarəçiliklə bağlı qəbul edilən sənədlərdə təxminən buna bənzər yanaşma qoyulur. Əgər iki ürək dostu bildiyi Rusiya və Çin belə niyyətdədirlərsə onlar indiki vəziyyətdə olan İranda bunun tətbiqinə çalışa bilərlər. İran bunu nəzərə alsın.

İran çox millətli dövlətdir. Etnik qurumların sayı çoxdur. Hətta bəzi etnik qurupların sayı əsas etnos sayılan farsın sayından bəlkə də çoxdur. İranın öz ərazisində yaşayan etnik qruplara doğru addım atması daha yaxşı olardı. Onların sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, siyasi, mədəni hüquqlarının icrasına ümidi artırsın.

İranda yaşayan azərbaycanlıların xoşuna gəlmək üçün ən yaxşı vasitə 30-35 il bundan əvvəl Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurduna qayıtmasına kömək ali rəhbər tərəfindən çox vacibdir. Həm də İranın Cənubi Qafqazla bağlı siyasətində həmişə formal da olsa bərabərlik nümayiş olunub.

İran Ermənistanla Azərbaycana eyni gözlə baxır. Əslində aşkar İran ermənipərəst siyasət aparıb. Əgər 2020-ci il noyabrın 4-də, yəni 44 günlük müharibə artıq Azərbaycanın tam qələbəsi ilə başa çatan ərəfədə ali rəhbər Qarabağ ermənilərinin Azərbaycanda qalması və təhlükəsizliyi ilə bağlı fətva verirsə, bənzər fətvanı da qərbi azərbaycanlıların tarixi yurdlarına qayıtması ilə bağlı verməsi İranın formal da olsa bəyan etdiyi bərabərlik prinsipinə uyğun olardı.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 811 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +