Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


29.03.2017  17:44 

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi





A+  A-

Bakıda polis əməkdaşı sürücünün sürücülük vəsiqəsi ilə yolverilməz şəkildə davranıb.
XəzərNews.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru qayda pozan sürücünün sürücülük vəsiqəsini deşib. Bu barədə sayta Şahin adlı sürücünün özü məlumat verib. Onun sözlərinə görə, yol polisi əməkdaşı protokol yazdıqdan sonra onun sürücülük vəsiqəsini də alıb və protokolu vəsiqəyə tikib. Nəticədə vəsiqədə bir neçə deşik əmələ gəlib.

Sonradan öz avtomobili ilə xaricə gedən sürücü korlanmış vəsiqəyə görə problemlə qarşılaşıb. Belə ki, xarici ölkənin yol polisi əməkdaşları deşilmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə edən soydaşımıza bunu irad tutublar.

Qeyd edək ki, keçmiş SSRİ-də sürücülük vəsiqəsinin deşilməsi ənənəsi mövcud olub. O vaxt bir sıra ağır qayda pozuntularına görə sürücülük vəsiqəsi deşilib və vəsiqəsi üç dəfə deşilmiş sürücülər sürücülük hüququndan məhrum ediliblər. SSRİ dağıldıqdan sonra bu ənənə də tarixə çevrilib. İndiki vəsiqələrdə xüsusi "çip" yerləşdirilib. Bu vəsiqələri deşmək həmin sxemlərin zədələnməsinə səbəb ola bilər.

Qanunvericilikdə də sürücülük vəsiqəsinin deşilməsi nəzərdə tutulmur.

Xəbər 4052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +