Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başladı
Xankəndidə “Range Rover” qalmaqalı
Bu problemin səbəbkarı elə medianın özüdür - PR menecer
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü


11.08.2025  18:26 

“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb





A+  A-

Aysu Məmmədli adlı şikayətçi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin adlarına olmayan, istifadə etmədikləri, yaşamadıqları bir evə - anasının adına 955.16 manat su borcu yazdığını iddia edir.

XəzərNews.az xəbər verir ki, şikayətçi haqlı olaraq sual edir ki, bu borc yığılana qədər “Azərsu” və işçiləri hara baxırdı:

“2-ci ayda borc olanda su kəsilir, niyə indiyə qədər gözləmisiniz? İkinci qəribə olan budur ki, həmin ünvanı “Azərsu” işçiləri də tapmır. Zəngli danışıq zamanı mənə deyirlər ki, eviniz hardadır? Deyirəm axı mənim elə evim yoxdur. Deyirlər ki, biz də tapmırıq. Bəs bu borcun mənə yaratdığı problemlərin və narahat edən zənglərin qarşısını necə alaq? Tədbir görülmədiyi təqdirdə bir Azərbaycan vətəndaşı olaraq qanuni yollarla haqqımızı tələb edəcəyik”.

Qeyd edək ki, şikayətçinin borc iddiası Suraxanı rayon Sukanal İdarəsinin rəisi Tural Rəsulov tərəfindən onlara göndərilən Xəbərdarlıqla da təsdiqlənir.




Xəbər 2230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +