Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


26.05.2020  17:11 

Çimərliklərlə bağlı göstərişlər təsdiqləndi





A+  A-

Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.
XəzərNews.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat yayımlanıb. Bildirilir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Belə ki, üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir;

Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır;

Fiziki məsafənin qorunması məqsədilə təmin edilir: çətirlərin oxlarının arasında minimal məsafə 4 m; insanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla);

Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi.

Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;

Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması;

Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi;

Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi; • Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;

Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunması.



Xəbər 4168 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +