Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


29.10.2025  17:59 

Kuryer işləmək üçün motosiklet oğurladı





A+  A-

Bakıda kuryer işləmək üçün motosiklet oğurlayıb.

XəzərNews.az xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində qeydə alınıb.

27 yaşlı Ceyhun Alməmmədov (ad və soyad şərtidir) kənar şəxslərin azad girib-çıxdığı binanın zirzəmisində motosiklet görərək, onu oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə səhər saat 7 radələrində həmin ünvana gələrək, ümumi dəyəri 4 min manat olan motosikleti oğurlayıb.

Bu əməlinə görə, Ceyhun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, kuryer kimi fəaliyyət göstərdiyi üçün ona motosiklet lazım idi. Lakin nəqliyyat vasitəsini almağa pulu olmayıb. Ceyhun Alməmmədov əlavə olaraq deyib ki, əməlindən peşmandır və zərərçəkənə dəymiş ziyanı tam ödəyib.

Yasamal rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Alməmmədov barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.//Lent.az

Xəbər 88 dəfə oxunub.



29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +